Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırdı

Prezident İlham Əliyev “YAŞAT” Fonduna 5 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) maliyyə dəstəyi haqqında Sərəncam imzalayıb.

 

Bu barədə AZƏRTAC məlumat yayıb.

 

Sərəncama əsasən qərara alınıb ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların və şəhid olmuş şəxslərin ailə üzvlərinin və dövlət orqanlarının (qurumlarının) işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onların nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş əməkdaşlarının və ya həlak olmuş əməkdaşların ailə üzvlərinin müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) 5,0 (beş) milyon manat vəsait ayrılsın.

 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1203 nömrəli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb. Ötən dövr ərzində Fond əsas missiyasını yerinə yetirib, bütün müraciət edən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə və əlilliyi müəyyən olunmuş şəxslərə dəstək göstərilib, 36.553 müraciət təmin edilib, bu məqsədlə Fondun büdcəsindən 75.575.943 manat vəsait təyinatı üzrə xərclənib.


OXŞAR XƏBƏRLƏR

Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi - VİDEO

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.   Sfera.az xəbər verir ki, "Mash" &quo...

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...