Bu məktəblər distant təhsilə keçir

Bu məktəblər distant təhsilə keçir

Bakıda keçiriləcək Formula 1 yarışı ilə əlaqədar 24-29 aprel tarixlərində 6, 132-134, 1, 7, 8, 160 nömrəli ümumi təhsil müəssisələrində tədris onlayn təşkil olunacaq.

 

Bu barədə Elm və Təhsil Nazirliyindən Sfera.az-ın sorğusuna cavab olaraq bildirilib. Qeyd olunub ki, məktəb rəhbərliyinə və valideynlərə məlumat verilib.

 

Qeyd edək ki, Bakı Qran Prisi 28-30 apreldə baş tutacaq.


OXŞAR XƏBƏRLƏR