Kremldən Qarabağla bağlı AÇIQLAMA: "Üçtərəfli razılaşmalar..."

Kremldən Qarabağla bağlı AÇIQLAMA:

Rəsmi Kreml Qarabağla bağlı Bakı, Moskva və İrəvan arasında üçtərəfli razılaşmaları yeganə real və alternativsiz əsas hesab edir. 


Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

O, gərginliyin azalması üçün çağırış edib.


“Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsində gələcək irəliləyişə töhfə verəcək istənilən addımını alqışlamağa hazırıq. Üçtərəfli sazişlər indi nizamlanma üçün yeganə real əsasdır, ona görə də biz alternativsiz və hamı üçün zəruri olan bütün müddəaların həyata keçirilməsi istiqamətində irəliləyişin olduğunu hesab edirik”, - Kreml sözçüsü deyib.

 

Əzizə


OXŞAR XƏBƏRLƏR