TuranBank Beynəlxalq Maliyyə Korporasiyası ilə növbəti layihəyə start verdi

TuranBank Beynəlxalq Maliyyə Korporasiyası ilə növbəti layihəyə start verdi

Nüfuzlu beynəlxalq maliyyə qurumları ilə fəal əməkdaşlıq edən TuranBank və Beynəlxalq Maliyyə Korporasiyası arasında kənd təsərrüfatı kreditləşməsi sahəsində Bankın bilik və təcrübələrinin daha da inkişaf etdirilməsi məqsədilə yeni saziş imzalanıb. 

 

Sfera.az xəbər verir ki, layihə çərçivəsində Beynəlxalq Maliyyə Korporasiyası yeni kənd təsərrüfatı kredit məhsullarının hazırlanmasında Banka dəstək göstərəcək. Hazırlanacaq məhsul konsepsiyalarını müzakirə etmək və dəyər zəncirində iştirak edən aqrobizneslərin ehtiyaclarına uyğunlaşdırmaq üçün Beynəlxalq Maliyyə Korposasiyası məhsul istehsalçılarının iştirak edəcəyi Dəyirmi Masa müzakirəsi təşkil edəcək. Bundan başqa layihə çərçivəsində Bankın kənd təsərrüfatı kredit portfelinin keyfiyyətinin təmin edilməsi və mütəxəssislərinin kredit anderraytinq biliklərinin artırılması istiqamətində müvafiq mövzularda təlimlər təşkil ediləcək.

 

Layihənin icrası regionlarda kənd təsərrüfatı kreditləşmə imkanlarının genişləndirilməsi, kənd təsərrüfatı kreditlərinə çıxışın artırılması və bu sahədə qabaqcıl təcrübələrin tətbiq edilməsi istiqamətində Bankın apardığı işlərin nəticələrinə müsbət təsir göstərəcək.

 

Xarici maliyyə qurumları ilə əməkdaşlığa xüsusi önəm verən TuranBank 10 ildən çox müddətdir ki, Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq edir.

 

TuranBank-ın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı 935 Çağrı Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini //bit.ly/3fUQtbQ və ya sosial şəbəkələrdəki səhifələrini izləyərək əldə edə bilərsiniz. 

 

TuranBank

Bizimlə etibarlıdır...

 

IFC haqqında ətraflı məlumat üçün zəhmət olmasa, bu keçidə daxil olun: www.ifc.org


OXŞAR XƏBƏRLƏR

Maqadanda nadir təbiət hadisəsi: Dörd ton balıq dənizə qayıda bilmədi - VİDEO

Rusiyanın Maqadan bölgəsində baş verən güclü axın sahilboyu ərazilərdə ekoloji problem yaradıb.   Sfera.az xəbər verir ki, "Mash" &quo...

Hər 30 uşaqdan 1-də gizli təhlükə - Mütəxəssislər həyəcan təbili çalır

Avropanın aparıcı ortoped və fizioterapevtləri skoliozun (onurğa sütununun yana əyilməsi) vaxtında aşkarlanmasının və fərdi müalicə planlarının tətbiqinin vacib...

Hansı hallarda mənəvi zərərə görə kompensasiya tələb edilə bilər?

Bir neçə gün əvvəl Tovuz rayonunda fəaliyyət göstərən ictimai iaşə obyektində dönərdən kütləvi zəhərlənmə hadisəsi ictimaiyyətdə ciddi narahatlıq yaradıb. &n...

Sudanda qızıl mədəni çökdü: 50-dən çox insan öldü

Sudanda Atbara və Haya şəhərləri arasında yerləşən Huveyd bölgəsindəki qızıl mədəninin çökməsi nəticəsində 50-dən çox insan həyatını itirib.   Sfera....

Azərbaycanda nazirə ağır itki - Qəfil ürəktutmadan öldü - FOTO

Azərbaycanda nazirə ağır itki üz verib.   Sfera.az xəbər verir ki, Manset.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan Muxtar Respublikasının səhiy...

Türkiyənin sevilən aktrisasının yeni serialı məlum oldu

Türkiyənin sevilən aktrisalarından Hilal Altınbilekin növbəti layihəsi bəlli olub.   Sfera.az xəbər verir ki, o, yaxın zamanda "Sahtekarlar...