Azərbaycanda mal-qara sayı azalır – Ət yenidən bahalaşa bilər

Azərbaycanda mal-qara sayı azalır – Ət yenidən bahalaşa bilər

Azərbaycanda son bir ildə mal-qara sayında azalma müşahidə edilir. 


Sfera.az bildirir ki, son bir ildə iribuynuzlu mal-qara sayı 2,667 milyon başdan 2,552 milyon başa qədər azalıb. 


İri heyvanların sayında azalma inək və camışlar arasında da qeydə alınıb. Bir il əvvəl 1,295 milyon baş olan inək və camış sayı hazırda 1,253 milyon başdır. 


Xırdabuynuzlu heyvan sayında azalma daha çoxdur. Son bir ildə qoyun və keçilərin sayı 8,169 milyon başdan 7,361 milyon başa qədər düşüb. Qısa müddətdə qoyun və keçi sayı 800 min başdan çox azalıb. 


Mal-qara sayında azalma yaxşı göstərici deyil. Çünki ölkəmiz onsuz da daxili imkanlar hesabına inək və qoyun ətinə olan tələbatını tam ödəyə bilmir. Xüsusilə iribuynuzlu heyvanlarla təminatda idxaldan asılılıq yüksəkdir. Buna görə də mal-qara sayının azalması idxal mallarına olan tələbi bir qədər də artıracaq ki, bu da qiymətlərə təsir edəcək. Əgər heyvan sayında azalma dinamikası davam edərsə, ölkəmizdə inək və qoyun əti bir qədər də bahalaşacaq. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...

Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarş...

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...