“Azərbaycan İranla münasibətlərin normallaşmasında maraqlıdır, ancaq...” - AÇIQLAMA

“Azərbaycan İranla münasibətlərin normallaşmasında maraqlıdır, ancaq...” - AÇIQLAMA

Son zamanlar Azərbaycan-İran münasibətlərinin normallaşması üçün hər iki ölkənin Xarici İşlər Nazirlikləri arasında bir neçə dəfə telefon danışığı olub.

 

Maraqlıdır, iki ölkə arasında əvvəlki münasibət bərpa olunacaqmı?

 

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən deputat Ceyhun Məmmədov deyib ki, Azərbaycan İranla münasibətlərinin normallaşmasında həqiqətən də maraqlıdır:

 

“Ancaq münasibətlərin normallaşması üçün İran tərəfinin də üzərinə ciddi vəzifələr düşür. Təəssüf ki, danışıqların və müzakirələrin getdiyi bir vaxtda İranda oturaraq Azərbaycan əleyhinə davamlı təbliğat aparan, Azərbaycanı təhdid edən “Hüseyniyyun” qrupunun ölkəmizə qarşı təxribatı Prezident İlham Əliyevə qarşı hədyan və təhqirləri, Kərimə dövlətinin qurulması, Azərbaycan hakimiyyətinə qarşı çıxmaqla bağlı çağırışları davam edir. Bu məqsədlə hər gün çoxlu sayda videolar hazırlanaraq sosial şəbəkələrdə müxtəlif profil, səhifə və qruplar tərəfindən tirajlanır. Bu videolar deyərdim son günlər daha da kəskin xarakter alıb.  İran münasibətlərin normallaşmasını istəyirsə, bu cür çağırış və qrupların qarşısını almalıdır. Bu, dostluq və normal qonşuluq münasibətlərinin ruhuna tamamilə zidd fəaliyyətdir”.

 

Millət vəkili qeyd edib ki, İranda təhsil alan azərbaycanlılar tərəfindən yaradılmış, İranın dəstəklədiyi qrupların ölkəmizə qarşı təxribat və çağırışlarının qarşısı ən qısa vaxtda mütləq alınmalıdır:

 

“Onlar hələ də dindar Azərbaycan vətəndaşlarının beynini zəhərləməkdə və fikirlərini çaşdırmaqda davam edirlər. Başqa cür münasibətlərin normallaşması çətin görünür. Problemlərin həlli imitasiyadan deyil, real addımlardan keçir”.

 

Türkan

 


OXŞAR XƏBƏRLƏR

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...

Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarş...

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...