Amerikalı generaldan Ukraynanın gözlənilən əks-hücumu ilə bağlı PROQNOZ

Amerikalı generaldan Ukraynanın gözlənilən əks-hücumu ilə bağlı PROQNOZ

“Ukrayna Silahlı Qüvvələrinin gözlənilən əks-hücumu uğurlu olacaq”.

 

Sfera.az bildirir ki, bunu ABŞ ordusunun istefada olan generalı Devid Petreus deyib. O, əks-hücumda ukraynalıların iki məqsədinin olduğunu vurğulayıb:

 

“Birincisi, Krımla Ukraynanın şərqi arasında Rusiya tərəfindən işğal olunmuş quru körpüsünü kəsmək; ikincisi, Ukraynanın cənubunda rus qüvvələrinin məhv edilməsi və onların hazırda işğal olunmuş ərazilərin çox hissəsindən geri çəkilməsi. Yaz-yay hücumunda biz hazırda Almaniya, Polşa, Böyük Britaniya və Ukraynada təlim keçən yeni qüvvələri görəcəyik. Məncə, onlar öz məqsədlərinə çatacaqlar”.

 

Petreus qeyd edib ki,  Kiyev ilk dəfə olaraq hücum zamanı piyadalardan əlavə, tank və artilleriyadan istifadə etmək niyyətindədir: “Müttəfiqlər tərəfindən onlara hədiyyə edilən MiQ-29 reaktiv qırıcıları Ukrayna tanklarının hava mühafizəsini təmin etmək üçün əhəmiyyətli olacaq”.

 

Rusiyanın savaşdakı səhvlərindən danışan sabiq general onun Ukrayna ordusunu düzgün qiymətləndirmədiyini və öz gücünü şişirtdiyini söyləyib:

 

“Rus ordusu öyrənə bilmir, onlar heç bir şəkildə öz səhvlərini dərk etmirlər. Mən İraq və Əfqanıstanda ABŞ qüvvələrinə komandanlıq edərkən biz qarşımızda məqsəd qoymuşduq ki, öyrənən bir təşkilat olacağıq. Lakin ruslardan fərqli olaraq, ukraynalılar inkişaf edir və daha da yaxşılaşır. Ona görə də deyə bilərəm ki, onlar rusların bacarmadığı şeyi edəcəklər - genişmiqyaslı hərbi əməliyyat keçirəcəklər”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...

İlham Əliyev: "Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub"

Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yer...

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bild...

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...

Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarş...