Bakının bu ünvanında söküntü - 170 ailəyə pul kartlara oturdulacaq

Bakının bu ünvanında söküntü - 170 ailəyə pul kartlara oturdulacaq

Bakıda Nəsimi rayonunda "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı problem yaranmasını xəbər vermişdik.

 

Məsələnin ictimailəşməsindən sonra "ARB Xəbər" "Kubinka"da olub, həm sakinləri, həm də şirkət rəsmisini danışdırıb.

 

Sakinlərin bir qismi açıqlamasında bildirib ki, onlara pul yox, yeni tikiləcək binadan mənzillər təklif edilib. Digər qisim binaların uzun müddətə tikiləcəyini əsas gətirərək şirkətlə aralarında problem yarandığını dilə gətirib.

 

"RR Constructions” tikinti şirkətinin direktoru Rafael Abdullayev isə deyib ki, 5 hektar 60 sot ərazini əhatə edəcək layihə mərhələli şəkildə tikilərək sakinlərə təhvil veriləcək. Layihənin ilkin mərhələsində 238 ailənin köçürülməsi nəzərdə tutulub ki, onların 170-i şərtlərlə razılaşaraq müqavilə bağlayıblar.

 

"Bütün evlər qəzalı vəziyyətdədir və FHN-in buna dair rəyi var. Vətəndaşların haqqına girilmir və mövcud neçə kvadrat evləri varsa, üstünə əlavə edilməklə mənzil verilir. Kirayə haqları kartlara oturdulur, bünövrəyə başladıqdan sonra iki ilin tamamında tam təmirli mənzillərə qovuşacaqlar", - deyə Rafael Abdullayev əlavə edib.

 


OXŞAR XƏBƏRLƏR

Dilarə Əliyeva: Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi

"Çox çətin günlər idi. Əsas odur ki, xoşbəxt sonluqla bitdi, göydə Allah, yerdə həkimlərin sayəsində. Ağlımıza belə gəlməyəcək bir hadisə başımıza gəldi&qu...

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...