Sudan vətəndaş müharibəsinə sürüklənir - Atəşkəsi təmin etmək mümkün olmur

Sudan vətəndaş müharibəsinə sürüklənir - Atəşkəsi təmin etmək mümkün olmur

Ötən həftənin şənbə günü Sudanda baş vermiş silahlı qarşıdurma hələ də davam edir.

 

Sfera.az xəbər verir ki, ölkənin paytaxtı Xartum və bəzi digər şəhərlərdə ordu ilə Çevik Reaksiya Qüvvələri adlanan silahlı birləşmələr arasında qarşıdurma güclənib. Qanlı qarşıdurmadan artıq 5 gün ötür.

 

Beynəlxalq təşkilatların hərbi qarşıdurmaya son qoymaq üçün tərəflərlə apardığı danışıqlar lazımı nəticələr vermir, əldə edilən atəşkəz razılaşmaları qısa müddətdən sonra pozulur.

 

Sudan hökuməti, ordusu qarşıdurmanın vətəndaş müharibəsinə çevrilmək təhlükəsindən ehtiyatlanır. Çünki döyüşlər uzandıqca paytaxt Xartumda dağıntılar artır, insan tələfatı çoxalır.

 

Ordu Xartuma daha çox tank və zirehli texnika yerləşdirir, döyüşün həlledici mərhələyə daxil olduğu bildirilir.

 

Hazırda Sudan ordusuna Misir, Çevik Reaksiya Qüvvələrinə Birləşmiş Ərəb Əmirliyi (BƏƏ) dəstək verir.

 

Xatırladaq ki, Sudan ordusu və Çevik Reaksiya Qüvvələri 2021-ci ildə dövlət çevrilişi həyata keçirərək siyasi hakimiyyəti ələ keçiriblər. Böyük Britaniya, ABŞ, Səudiyyə Ərəbistanı və BƏƏ hazırda hakimiyyətin yenidən mülki şəxslərə qaytarılmasına səy göstərir.

 

BMT-nin Sudandakı nümayəndəsi Volker Pertez bildirib ki, döyüşlər başlayandan bəri ən azı 185 nəfər ölüb, 1800-dən çox adam yaralanıb. Paytaxtın bəzi hissələri döyüşlər nəticəsində ciddi ziyan görüb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...

İlham Əliyev: "Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub"

Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yer...

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bild...

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...