Sabah ilin ilk Günəş tutulması olacaq

Sabah ilin ilk Günəş tutulması olacaq

Aprel ayının 20-də 2023-cü ilin ilk tutulma hadisəsi - Günəş tutulması olacaq.

 

Şamaxı Astrofizika Rəsədxanasından Sfera.az-a verilən xəbərə görə, bu tutulma hibrid Günəş tutulmasıdır. Hibrid Günəş tutulması mərkəzi tutulma trayektoriyası boyunca müşahidəçinin mövqeyindən asılı olaraq halqavari və ya tam Günəş tutulmasının müşahidə olunmasıdır.

 

Tutulma hadisəsi yerli vaxtla saat 05:34-də başlayacaq və saat 10:59-da sona çatacaq. Ümumilikdə 5 saat 25 dəqiqə davam edəcək tutulmanın maksimumu saat 08:16-da olacaq.

 

Qeyd edək ki, ilin ilk Günəş tutulması Cənub-Şərqi Asiya, Avstraliya, Sakit okean, Hind okeanı və Antarktidada müşahidə olunacaq. Azərbaycan ərazisində isə müşahidə olunmayacaq.


OXŞAR XƏBƏRLƏR

Gəncədə qonşular arasında dava:Yaşlı qadın qolundan bıçaq xəsarəti aldı

Gəncədə qonşular arasında dava qanla bitib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində baş verib.   Belə k...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Pakistanda musson yağışları: 45 nəfər öldü

Pakistanda son bir neçə gün ərzində yağan musson yağışları nəticəsində azı 45 nəfər həlak olub.   Sfera.az xəbər verir ki, bu barədə “Geo ...

Azərbaycanda ləğv edilən Rusiya ilə əlaqəli mədəni tədbirlərin SİYAHISI

Rusiyanın Yekaterinburq şəhərindəki azərbaycanlılara qarşı qəddarlıqlarla əlaqədar ləğv edilən konsert və tədbirlərin siyahısı açıqlanıb.   Sfera.az&...

Qaxda çoban iti sakinlərə hücum etdi - Durumları ağırdır

İki nəfər Qax sakininə it hücum edib.   Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Cüdüllü kəndində fermada baş verib.  ...

Sevginin bitdiyini və sadəcə vərdişə çevrildiyini necə anlamaq olar?

Bəzən insanlar uzun illər birlikdə yaşayır, amma artıq bir-birlərinə sevgi hiss etmirlər. Sadəcə rahatlıq və vərdişə görə bir yerdə qalırlar - qonşu, ya bacı-qa...