“Mən heç vaxt...” – Paşinyanın müxtəlif illərdə verdiyi açıqlamalardan seçmələr

Dünya
11:23 / 19.04.2023
1898
Erməni hüquqşünas Vahe Qriqoryan Feysbuk hesabında Baş nazir Nikol Paşinyanın müxtəlif illərdə verdiyi açıqlamaların başlıqlarını təqdim edib.
Sfera.az xəbər verir ki, baş nazirin gələcəklə bağlı açıqlamasının da proqnozu verilib. Sözügedən paylaşımı təqdim edirik:
25.11.2018 - "Bəli, mən bunu silahlı qüvvələrin müharibə şəraitində olan baş komandanı kimi deyirəm."
05.12.2020 - "Baş nazir döyüşə rəhbərlik etdi, o, rota komandiri, yoxsa alay komandiri səviyyəsində qərarlar qəbul etdimi?"
06.05.2020 - “Lazım gələrsə, danışıqlar apararıq”.
18.04.2023 - “Mən danışıqlar apara bilmədim, heç nə danışa bilmədim”.
20.07.2025 - “Mən heç vaxt Ermənistan Respublikasının baş naziri olmamışam”.
Əzizə