Paşinyan son bəyanatında səmimidir? - Açıqlama

Paşinyan son bəyanatında səmimidir? - Açıqlama

Ötən gün Paşinyan parlamentdə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünü tam olaraq tanıdıqlarını deyib.

 

“Ermənistan və Azərbaycan arasında sülh sazişi o zaman real olacaq ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü birmənalı şəkildə, qeyri-müəyyənlik və hiylə olmadan tanısın və əbədi olaraq bir-birinə ərazi iddiası irəli sürməyəcəyinə söz versin”, – deyə Paşinyan bildirib.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq  Zaur Məmmədov deyib ki, Nikolun dünənki bəyanatı ikibaşlıdır:

 

“Onun “Azərbaycan SSR-nin sərhədlərini tanıyırıq” deməsi hüquqi cəhətdən Qarabağı da qonşu dövlətin ərazisi kimi qəbul etməsi formasında başa düşülməlidir. Lakin məlumdur ki, Ermənistanda tez-tez 1988- ci il Dağlıq Qarabağ Muxtar Vilayətinin qondarma qərarına istinad edilir. İndi bu açıqlaması ilə Nikol vaxtı uzadaraq imitasiya edir, yoxsa daxili reaksiyanı yoxlayır və ya Qarabağı Azərbaycanın ərazisi kimi tanımağa hazırdır?  O da faktdır ki, regional güclər sülh müqaviləsinin imzalanmasına asanlıqla imkan verməyəcəklər. Nikolun komandası da məsuliyyəti üzərinə götürmək istəmir. Qalır bircə adam - o da Paşinyanın özüdür”.

 

Ekspert qeyd edib ki, rəsmi Bakı və İrəvanın məsələyə münasibətdə üst-üstə düşən və düşməyən məqamlar var:

 

“Sülh müqaviləsi ilə bağlı sənədin üzərində iş davam edir. Ən prinsipial məsələ isə Qarabağla bağlıdır. “Qarabağ” ifadəsi sənəddə olmasa da, “Azərbaycanın Qarabağ da daxil olmaqla, ərazi bütövlüyünü tanıyıram” ifadəsi üzərində Ermənistanın imzası olmalıdır. Hər halda, Paşinyanın əlinə tarixi şans düşüb. Vaxtilə Ter Petrosyan da Qarabağla bağlı açıqlama verəndə onu xəyanətdə günahlandırırdılar. İndi isə bu sözləri Paşinyan deyir və ona bu gün qulaq asmayanlar sabah başlarını döyə-döyə qalacaqlar”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....