Makron Rusiya ilə Ukraynanı barışdıra biləcəkmi? – “Bu ilin yayına qədər...”

Makron Rusiya ilə Ukraynanı barışdıra biləcəkmi? – “Bu ilin yayına qədər...”

Fransa Prezidenti Emmanuel Makronun Çinlə birgə Rusiya və Ukraynanı yaya qədər danışıqlar masasına gətirmək üçün gizli planlar hazırladığı bildirilir.

 

Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, Makron xarici siyasət üzrə müşaviri Emmanuel Bonneyə Çinin baş diplomatı Vang Yi ilə gələcək danışıqlar üçün birgə işləməyi tapşırıb.

 

Anonim mənbələr isə Bloomberg-ə bildiriblər ki, fransızlar Rusiya və Ukrayna arasında danışıqların bu ilin yayında baş tutacağına inanırlar.

 

Mənbələrin sözlərinə görə, gələcək danışıqlar bir sıra şərtlərdən asılı olacaq, o cümlədən Ukraynanın yaz hücumunda uğur qazanması danışıqlar zamanı Kiyevi güclü mövqeyə qoyur.

 

Makronun ofisindən bir rəsmi şəxs Bonnenin Vang ilə danışması planını təsdiqləyib. O, təfərrüatları şərh etməkdən imtina edib və əlavə edib ki, Fransanın hər hansı bir təşəbbüsü ilə bağlı Fransanın müttəfiqləri məlumatlandırılıb.

 

Pekin indiyədək Moskvaya işğala son qoyması üçün təzyiq əlaməti göstərməyib. Makron isə bu ölkəyə son səfərində Çin Prezidenti Si Cinpini Zelenski ilə danışmağa inandıra bilməyib.

 

Mənbələrə görə, ukraynalıların Fransa Prezidentinə inamı azdır. Onlar çinlilərə və Makrona etibar etmirlər, çünki Makron 2014-cü ildə Merkellə razılaşma əldə edərkən onları çətin vəziyyətə salmışdı.

 

"Le Monde"nin yazdığına görə, Makronun təkbaşına səfərlərindən sonrakı vəziyyət Xarici İşlər Nazirliyinin siyasi və təhlükəsizlik məsələləri üzrə direktoru Filip Erreranın dörd ildən sonra bu yay niyə istefa vermək niyyətində olduğunu izah edə bilər.

 

G7 ölkələri, o cümlədən Fransanın yüksək səviyyəli diplomatları bu həftə Zelenskinin bütün Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılmasını ehtiva edən “sülh formulu”nu dəstəkləyiblər.

 

Xəbərlərə görə, Makron Çin də daxil olmaqla, müxtəlif beynəlxalq tərəfdaşlarla Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarını müzakirə etmək istəyir. NATO liderləri iyul ayında Litvanın paytaxtı Vilnüsdə hərbi alyansın illik sammitində görüşdükləri zaman oxşar danışıqlara başlayacaqlar.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....