SpaceX-dən daha bahalı - Aviaşirkət bir adama 2 milyard dollara bilet almağı təklif etdi

SpaceX-dən daha bahalı - Aviaşirkət bir adama 2 milyard dollara bilet almağı təklif etdi

Microsoft da daxil olmaqla bir çox Silikon Vadisi texnoloji şirkətlərində işləyən Developer Sean Walker, “American Airlines” proqramının ona 2 milyard dollardan çox dəyəri olan uçuş təklif etdiyini bildirib.
 

Sfera.az bildirir ki, Walker öz Twitter səhifəsində uçuşun qiyməti ilə bağlı iki variantı göstərən bir fotoşəkil paylaşıb. Biletin biri cəmi 639,31 dollara, digəri isə nə az, nə çox - 2,147,483,647 dollara. Zarafatla o, “American Airlines”ın belə böyük qiymət fərqinə görə SpaceX ilə ortaq olduğunu bildirib.
 

Adam əvvəlcə səhvin “American Airlines”ın qiymət alqoritmindəki nasazlıqla bağlı olduğunu zənn edib.
 

639 dollarlıq uçuş iki dayanacaqdan ibarət olub və 11 saat 23 dəqiqə davam edib, 2 milyard dollarlıq uçuş isə cəmi bir dayanacaqdan ibarət olub və cəmi 7 saat 42 dəqiqə davam edib.


"Əslində mən Floridada, Yupiterdə (Palm-Biçin bir az şimalında) yaşayıram. Ola bilsin ki, American Airlines mənim Yupiter planetinə uçmaq istədiyimi düşünüb"- deyə Walker növbəti dəfə zarafatla yazıb.
 

Tvitter istifadəçiləri də onun paylaşımını görüb, zarafat etmək qərarına gəliblər. Bəziləri, bəlkə də “American Airlines”in Walkerə öz təyyarəsini və ya hətta bütün aviaşirkəti almağı təklif etdiyini yazıb.
 

"Yəqin ki, əlavə pula dəyər" -deyə bir istifadəçi yazıb.


Qeyd edək ki, Walker son 30 ildə müxtəlif şirkətlər üçün proqram təminatı hazırlayıb. Uzun illər fəaliyyətinə görə o, Microsoft-dan “Ən dəyərli peşəkar” mükafatına layiq də görülüb.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR

İlham Əliyev: "Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub"

Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yer...

Harrisin Zelenski ilə görüşə bu qədər can atmasının səbəbi nədir? - AÇIQLAMA

ABŞ seçkilərində Demokratlar Partiyasının namizədi, hazırkı vitse-prezident Kamala Harris Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşmək niyyətindədir. Bild...

Zaxarova: "Rusiyanın dərinliklərinə zərbələr endiriləcəyi təqdirdə Ukraynadakı münaqişə genişlənə bilər"

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı Qərbin uzaqmənzilli silahlarından istifadə edərsə, münaqişə tamamilə fərqli miqyas ala bilər və bütün dünya üçün nəticə...

Növbəti üç ildə Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək

Növbəti üç ildə Xankəndidə açılışı olan Qarabağ Universitetinin yeni tədris korpusları inşa ediləcək.   Sfera.az xəbər verir ki, bu barədə Prezident ...

Kursk əməliyyatı ilə bağlı YENİ DETALLAR - Rəsmi sənədlər üzə çıxdı

Ukrayna silahlı qüvvələrinin Kursk vilayətinə hücum edəcəyini Rusiya dövləti bir neçə ay öncədən bilirmiş. Hətta ordu və xüsusi xidmət orqanları bu hücumun qarş...

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...