Elşad Miri yeni açıqlaması ilə gündəmi alt-üst etdi

Elşad Miri yeni açıqlaması ilə gündəmi alt-üst etdi

Günümüzdə Mir Mövsüm ağaya inananlar və onu bütləşdirənlərin sayı olduqca çoxdur. Kimiləri onun sadə bir insan olduğunu, kimiləri isə qeyri-adi güclərə sahib biri olduğunu və onun bir niyyət tutduğu zaman həyata keçdiyini deyir.


Bəs həqiqətən də, Mir Mövsüm ağaya inanıb onu bu gün bütləşdirmək nə dərəcədə doğrudur?

 

Bu barədə referans.az-a danışan ilahiyyatçı Elşad Miri deyib ki, Mir Mövsüm ağaya inananlar mənə eramızdan əvvəl oda və digər əşyalara ibadət edən şəxsləri xatırladır:

 

“Ümumiyyətlə bu heçkimə gizli deyil ki, bu gün Mir Mövsüm ağa adlandırılan şəxsə inananlar, ona ibadət edənlər və şəklinin qarşısında əyilənlər az deyil. Bunlar mənə sadəcə cahilliyi və avamçılığı xatırladır. Əslində belə bir hala biz Hindistanda rast gəlirik ki, onlar da Hinduizmdə tanrı hesab elədikləri Krişnaya sitayiş edirlər, ona inanırlar. Bu gün də Mir Mövsüm ağaya inanıb onu qəbrini bütləşdirən insanlar heçdə Hindlilərdən geri qalmır. Hətta Mir Mövsüm ağayla bağlı insanlardan pul yığanlar, onun şəklinin sataraq pul qazananlar kifayət qədərdir. Adamın sağlığında başqa cür pul üçün istifadə edirdilər, öləndən sonra isə bir başqa cür istifadə edirlər. Ümumiyyətlə Mir Mövsüm ağaya inananlardan soruşmaq istərdim ki, heç bilirsinizmi o inanıb yerə-göyə sığdıra bilmədiyiniz şəxs heç ömründə bircə dəfə də olsun namaz qılıb və Quran oxuyubmu? Gərçək budur ki, Mir Mövsüm ağa islamla bağlı hər hansı bir iş görməyib və ömründə bircə dəfə olsun Quran oxuyub oxumadığı da sual altındadır. Sadəcə Ətağa anlayışı bu gün bəzi insanlar tərəfindən gündəmdə saxlanılır. Yəni qısacası biz həyatı haqqında çox az bilgiyə sahib olduğumuz, islamla bağlı hər hansı bir iş görməmiş və yaşadığı dövrdə sadəcə avtomobil ustası olduğu iddia edilən birinə niyə inanırıq. İslamda hər hansı bir şəxsə inanmaq anlayışı yoxdur. Yaradan təkcə Allahdır, inanmaq isəyirsinizsə sadəcə ona inanın və ona sığının”.


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...