Məhbus son yeməyinə 29 min kalori qəbul edib - FOTO

Məhbus son yeməyinə 29 min kalori qəbul edib - FOTO

2012-ci ildə Gary Carl Simmons Missisipi ştatının həbsxanasında (ABŞ) edam edilib. Ölümündən əvvəl o qədər yemək sifariş edib ki, onları axıra qədər yeyə bilməyib.
 

Sfera.az bildirir ki, “Qəssab” adı ilə tanınan cinayətkar son dərəcə qəddar olub. 1996-cı ildə şəriki ilə münaqişə zamanı onu öldürüb tikə-tikə doğrayıb, sonra cəsədini alliqatorlar tərəfindən yeməyə verib.
 

Nəşr qeyd edir ki, həmin şəxs 2012-ci il iyunun 20-də saat 18:00-da 49 yaşında ölümcül iynə vurularaq edam olunana qədər həbs cəzası çəkib.


Ömrünün son anlarında Simmons dəbdəbəli şam yeməyi sifariş edib. Bu, bəlkə də ölüm hökmü tarixində ən böyük şam yeməyi olub. Menuda bir neçə nəfəri eyni anda doyurmaq üçün kifayət qədər yemək olub.
 

“Qəssab” göbələk, soğan, jalapeno bibəri və pepperoni ilə ikiqat pizza, həmçinin üç pendir, zeytun, şirin bibər, pomidor, sarımsaq və italyan kolbasa ilə adi pizza sifariş edib. O, sifarişini bir neçə qutu pendir, souslar, çiyələkli böyük porsiya kokteyllər, albalı kola, kartof qızartması və çiyələkli dondurma ilə tamamlayıb.
 

Edamdan 90 dəqiqə əvvəl adam çipsdən başqa hər yeməyin dadına baxaraq, yeməyinin yalnız yarısını yeyə bilib. Sifariş edilən yeməyin ümumi kalori miqdarı təxminən 29.000 kalori olub.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Prezident: "Qarabağ Universitetinin yaradılması tarixi hadisədir"

Qarabağ Universitetinin yaradılması hesab edirəm ki, tarixi hadisədir.   Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Qarabağ Universitetinin...

Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ!

Son günlər keçmiş məcburi köçkünlər arasında bəzilərinin işğaldan azad edilən torpaqlarda onlara dövlət tərəfindən bağışlanan evləri kirayə verərək, Bakıya qayı...

Mütəxəssisdən "Temu"dan istifadə edənlərə XƏBƏRDARLIQ! - "Bu məlumatları dərhal silin"

"Temu"nun xakerlər tərəfindən ələ keçirildiyi və şəxsi məlumatların oğurlandığı iddia olunur.   Bəs bu iddialar həqiqəti əks etdirirmi? ...

"Paşinyanın o açıqlaması Bakıya "razılaşa bilərik" mesajıdır" - ŞƏRH

Ötən gün Nikol Paşinyan Ümumdünya Erməni Sammitində deyib ki,  tranzit qaz kəməri Ermənistan ərazisindən keçərsə, ölkə Azərbaycandan qaz almağa hazırdır. &...

Məşhur aktrisa YENİ SERİALDA: 15 milyon qazanacaq - FOTO

Türkiyənin məşhur aktrisası Beren Saat yeni seriala çəkilir.   Sfera.az xəbər verir ki, 4 bölümdən ibarət olacaq serial yalnız dijital...

Azərbaycanda kişilər niyə daha gec evlənir? - STATİSTİKA

Azərbaycanda kişilərin nikaha daxilolma yaşı 30-u keçib.   Sfera.az xatırladır ki, kişilərin nikaha daxilolma yaşı 30-a ilk dəfə 2020-ci ildə çatıb....