Xalq artisti direktor postuna namizədlikdən danışdı: \"45 ildir burdayam...\"

Xalq artisti direktor postuna namizədlikdən danışdı: \

"Akademik Milli Dram Teatrına direktor təyinatı ilə bağlı heç kimin fikirini soruşmurlar, təyinat gəlir, vəssalam. Biz belə görmüşük. Düşünürəm ki, "Azdrama”ya direktor təyin edilsə, daha yaxşı olar”.

 

Sfera.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərova Xalq artisti Nurəddin Mehdixanlının  "Teatra rəhbər təyin edilərkən bizim rəyimiz soruşulmalıdır" fikirinə münasibət bildirərkən deyib. 

 

Aktrisanın sözlərinə görə, direktor seçimində aktyorların fikirlərini soruşsalar hərə özünə yaxın olan şəxsin namizədliyini dəstəkləyəcək:

 

"Aktyorlar özlərinin şəxsi mənafeyini düşünərək, özlərinə yaxın namizədi dəstəkləyəcəklər. Mənim fikirim belədir ki, Mədəniyyət Nazirliyi kimin namizədliyinin irəli sürülməsini daha yaxşı bilir. İstəyirəm ki, Akademik Milli Dram Teatrına layiq olan şəxslər baş rejissor, direktor, bədii rəhbər vəzifələrinə təyin edilsin”. 

 

"Azdrama”ya direktor postuna Bəsti Cəfərovanın namizədliyini irəli sürülməsinə gəlincə, aktrisa sözügedən vəzifəyə iddialı olmadığını vurğulayıb:

 

"Mənim də adım hallanıb, bu lazım deyildi. Heç vaxt direktorluğa iddiam olmayıb. Azad aktrisayam, fəaliyyətimi davam etdirirəm. Nə qədər ki, qüvvəm çatır səhnədə olacam. Bu söz-söhbətdə o qədər də iştirak etmək istəmirəm”. 

 

Bəsti Cəfərovanın sözlərinə görə, əvvəllər "Azdrama”ya direktor təyinat yolu ilə olub:

 

"45 ildir ki, bu teatrdayam. Ayrı-ayrı zamanlarda təyinatlar fərqli olub. Turabovun zamanında iki namizəd var idi, direktor seçki yolu ilə oldu. Əliabbas Qədirovu isə prezident təyin etmişdi. Ondan sonra İsrafil İsrafilovu və mərhum Azərpaşa Nemətovun özünü də mədəniyyət naziri təyin etmişdi. Bu böyük və ana teatrdır, əlbəttə onun təyinatı da yuxarıdan olmalıdır. Mən bunu belə görmüşəm və belə də gözləyirəm”. 

 

Xalq artisti Nurəddin Mehdixanlı mətbuata açıqlamasında bildirib ki, kimliyindən asılı olmayaraq, hər kimsə teatra rəhbər gətirilirsə, mütləq şəkildə kollektivin rəyi soruşulmalıdır: "Kollektivin rəyi olmasa, kimsə təyin olunarsa, teatrda çalışa bilməyəcək. Çünki hər halda bura Akademik Milli Dram Teatrıdır, onun tələbləri daha yüksəkdir”. 


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...