Marketlərdə satılan ətlər təhlükəlidir? - AÇIQLAMA

Marketlərdə satılan ətlər təhlükəlidir? - AÇIQLAMA

"Bəzən supermarketlərdə ətlərin nisbətən bazardakından ucuz olduğunu müşahidə edirik".

 

Sfera.az xəbər verir ki, bunu Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi.

 

Onun sözlərinə görə, Azad İstehlakçılar Birliyinə gələn çoxsaylı məlumatları ümumiləşdirdikdə məlum olur ki, bəzən supermarketlərdə yaşlanmış, lakin sağlam heyvan əti satılır:

 

"Yaşlı heyvanların əti satılır, ona görə nisbətən ucuz olur. Lakin bu ətlər təhlükəsizdir. Çünki Qida Təhlükəsizliyi Agentliyi onlara nəzarət edir. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin əmtəə bazarında satılan bütün mallar bükülməlidir, onun üzərində buraxılma tarixi, yararlıq müddəti olmalıdır, hansı fermadan gəldiyi göstərilməlidir və sair".

 

Ekspert təəssüflə qeyd etdi ki, çox vaxt ətlərin açıq satışına rast gəlinir.

 

"Bu da istehlakçıların hüququnun pozulması kimi qiymətləndirilə bilər. Düşünürəm ki, Qida Təhlükəsizliyi Agentliyi bu məsələlərə də son qoyacaqdır. İstehlakçının hüququ var ki, ətin mənşəyi barədə sənədləri satıcıdan tələb etsin, satıcı isə onu göstərməyə borcludur. Problem olarsa, 1003 qaynar telefon xətlərinə məlumat vermələrini tövsiyə edirəm", - deyə E.Hüseynov bildirdi./Redaktor.az


OXŞAR XƏBƏRLƏR

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...

İyulun bəxtəvər bürcləri- pula pul deməyəcəklər

Yeni ay bürclərə yeni fürsətlər və bolluq vəd edir. Astroloqların proqnozlarına görə, iyul ayında bəzi bürclər üçün xüsusilə maddi baxımdan uğurlu dönəm olacaq....