Nəriman Məmmədov sədr vəzifəsindən istefa verdi - FOTO

Nəriman Məmmədov sədr vəzifəsindən istefa verdi - FOTO

Aprelin 17-də "Nərimanfilm” prodüser şirkətinin ofisində Azərbaycan Kino Prodüserlər Gildiyasının növbəti yığıncağı keçirilib.

 

Sfera.az xəbər verir ki, toplantı iştirakçıları mövcud vəziyyət, aparılan kino islahatlarının cari vəziyyəti, Mədəniyyət Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində 20-21 aprel 2023-cü il tarixlərində "Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda Kino Forumunda ümumi müzakirəyə çıxarılacaq məsələlər barəsində və Kino Prodüserlər Gildiyasının adından çıxış edəcək məruzəçilər haqqında fikir mübadiləsi aparıblar. 

 

Görüşdə üzvlərin sayının artırılması, Gildiyanın daha böyük hədəflərə çatması, Mədəniyyət Nazirliyi və digər dövlət qurumları ilə sıx əməkdaşlığın qurulmasına dair fikirlər söylənilib.

 

Görüşdə Gildiyaya yeni üzvlər qəbul olunub, sədr Nəriman Məmmədov isə öz ərizəsi ilə istefa verdiyini bildirib. 

 

Gildiyanın sədri vəzifəsinə seçkilərin tarixi barədə məlumat tezliklə icimaiyyətə çatdırılacaq.

 


OXŞAR XƏBƏRLƏR

Pirşağıda taxıl sahəsi yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində biçilmiş taxıl sahəsində yanğın olma...

Uşaqlı qadınların əlavə məzuniyyət günləri nə qədərdir?

Yay mövsümü başlayandan artıq çoxları istirahət planları qurur, məzuniyyət götürərək ailələri ilə dincəlmək istəyirlər.   Xüsusilə uşaqlı qadınlar üç...

Polşa klubu “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Toral Bayramovun heyətinə qatmaq istəyən Polşa klubunun adına aydınlıq gəlib.   Sfera.az&nb...

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Azərbaycanın Rus icması Yekaterinburqda Rusiya güc strukturlarının qəddarlığını qətiyyətlə pisləyib.   Sfera.az xəbər verir ki, bu barədə icmanı...

Yekaterinburqda həbs edilən azərbaycanlıların sayı 5-ə çatdı - FOTO

  Yekaterinburq Lenin Rayon Məhkəməsində şübhəli şəxs kimi saxlanılmış Əhliman Gənciyev barəsində 3 gün müddətində həbs qətimkan tədbiri seçilib. &nb...

Fövqəladə Hallar Nazirliyinin 20 illiyinə həsr olunmuş yarışlara yekun vurulub - FOTOLENT

Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunan FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş “Gənc xilasedici” XI Beynəlxalq ya...