Azərbaycanın valyuta ehtiyatları 60 milyard dolları ötüb
İqtisadiyyat
14:50 / 18.04.2023
3738
2023-cü ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 62,53 milyard dollara çatıb.
Sfera.az xəbər verir ki, ötən ilin sonunda ehtiyatların həcmi 58 milyard dollar idi. Son 3 ayda ehtiyatların həcmində 4,5 milyard dollar və ya 7,75 faiz artım baş verib.
Strateji valyuta ehtiyatları Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin dəyərindən və Mərkəzi Bankın valyuta ehtiyatlarından ibarətdir.
Ehtiyatların artması daha çox Neft Fondunun aktivlərinin dəyərinin artması hesabına baş verib. Neft Fondunun aktivlərinin dəyəri 3 ay ərzində 49 milyard dollardan 53,4 milyard dollara yüksəlib.
Bu müddətdə Mərkəzi Bankın aktivləri isə 8,996 milyard dollardan 9,133 milyard dollara çatıb.
Vasif