Lavrovdan diqqətçəkən Ukrayna MESAJI: “Savaşın başa çatması üçün..” 

Lavrovdan diqqətçəkən Ukrayna MESAJI: “Savaşın başa çatması üçün..” 

“Ukraynadakı münaqişənin mümkün qədər tez bitməsini istəyirik”.

 

Sfera.az bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Braziliyada həmkarı Vieyra ilə görüşü zamanı deyib. O, müharibənin başa çatması üçün şərtləri açıqlayıb.

 

“İlk növbədə, Ukrayna ərazisində Rusiya Federasiyasının təhlükəsizliyinə təhdidlərin olmamasını təmin etməliyik. Qərb uzun illərdir ki, belə planları həyata keçirir. İkinci vəzifəmiz isə Ukrayna parlamenti tərəfindən qəbul edilmiş bir sıra qanunlarla illərdir hüquqları pozulan Rusiya təhsilini, mediasını, mədəniyyət tədbirlərini və digər fəaliyyətlərini birdəfəlik qadağan edən, Ukrayna kitabxanalarında milyonlarla cildlik rusdilli kitabların qəsdən məhv edildiyi Şərqi və Cənubi Ukraynanın rusdilli əhalisinin həyatını qorumaqdır. Əminəm ki, bu məqsədlər milli azlıqların hüquqlarının müdafiəsi və təminatı ilə bağlı beynəlxalq konvensiyalarda təsbit olunmuş prinsiplərə sadiq qalan hər kəs üçün eynidir”, - Lavrov əlavə edib.

 

Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Lavrov rəsmi danışıqlar aparmaq üçün Braziliyaya gedib.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....