ABŞ Azərbaycanı müasir hərbi avadanlıqlarla təchiz edəcək? - Açıqlama

ABŞ Azərbaycanı müasir hərbi avadanlıqlarla təchiz edəcək? - Açıqlama

"Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanının ABŞ səfəri və Pentaqonda keçirdiyi görüşlər iki dövlət arasında yeni hərbi əməkdaşlıq imkanları açır".

 

Sfera.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert ABŞ-nin hərbi sahədə Azərbayana yardım edə biləcəyini qeyd edib:

 

"ABŞ ikinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazdakı yeni reallıqları qəbul edərək, Azərbaycanla hərbi əməkdaşlığın inkişaf etdirilməsi strategiyasını ortaya qoyub. ABŞ-nin Azərbaycanı kəşfiyyat və müasir hərbi avadanlıqlarla təchiz etməsi mümkündür. ABŞ təmsilçilərinin Azərbaycan rəsmiləri ilə telefon əlaqələri fonunda  ictimaiyyətə açıqlanan məlumatlara əsaslansaq, Vaşinqton Azərbaycanı İranla münasibətlərdə müdafiə etmək xəttini götürüb".

 

M.Əsədullazadə ABŞ, İsrail və Azərbaycan arasında yeni formatın yarana biləcəyinə diqqət çəkib:

 

"Hərbi Hava qüvvələrinin komandanının ABŞ ordusunun Birləşmiş Qüvvələrinin Qərargah rəisi ilə görüşündən sonra rəsmi Bakıya hərbi dəstəyin göstərilməsi, xüsusilə havadan müdafiə sisteminin təkmilləşdirilməsi məsələlərinin razılaşdırılması mümkündür. İsrail də Azərbaycanla hərbi texniki və müdafiə sahəsində əməkdaşlığını ABŞ-lə sinxron həyata keçirir. İsrail müdafiə nazirinin Bakıya səfərində bu kimi məsələlər razılaşdırılıb. İsrailin xarici işlər nazirinin Azərbaycana səfəri gözlənilir. Göründüyü kimi, ABŞ-Azərbaycan-İsrail üçtərəfli əməkdaşlıq formatı yaradılır.

 

Cənubi Qafqazda ABŞ və İsrailin Azərbaycanla əməkdaşlığı regionda Ermənistan və İranın sinxron hərəkətini neytrallaşdıracaq. Vaşinqtonun əsas strateji hədəfində Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasıdır. Bu xüsusda ABŞ Ermənistana təzyiq etməklə, regionda dəyişən geosiyasi nizamda İranın Yerevanla əməkdaşlığının qarşısını alması mümkündür. Çünki İranın siyasəti ABŞ-nin Cənubi Qafqaz siyasətini təhdid edir. Bir sözlə, ABŞ Azərbaycan və İsrail üçtərəfli əməkdaşlığı Azərbaycanın təhlükəsizlik imkanlarını gücləndirir".

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Paraşütlə qayalara çırpılan qadınla bağlı yeniTƏFƏRRÜAT

İyulun 7-də Siyəzən rayonunda, “Beşbarmaq piri” adlanan ərazidə paraşütlə qayalara çırpılaraq həyatını itirən Məcidova Nuranə Tofiq qızı Bakıda yaşa...

Ginekoloq Aygün Məmmədovadan Avstriyada uğurlu çıxış- FOTOLAR

Ginekoloq Aygün Məmmədova 29 iyun - 5 iyul tarixlərində Avstriyanın Zalsburq şəhərində keçirilən “Weill Cornell Seminar in Obstetrics and Gynecology&rdquo...

İranla sərhəddə narkotik qaçaqmalçılığına zərbə – 42 kq narkotik vasitə tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidmət birgə əməliyyat-axtarış tədbirləri keçirib.   Sfera.az xəbər verir ki, külli miqdarda narkotik ...

Mədəniyyət Nazirliyi Rusiya ilə bağlı o sənədi təkzib etdi - FOTO

Azərbaycan Rusiya ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürməyib.   Sfera.az xəbər verir ki, bu barədə Mə...

“20 yanvar” metrostansiyası yaxınlığında yanğın- VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, “20 yanvar” metrostansiyasının yaxınlığında açıq...

Rusiyalı nazir Bakıya gəldi

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMÜT) iclasında iştirak etmək üçün Bakıya gəlib.   Sfera....