"Ermənistan və regionda yalnız bu halda..." - Paşinyandan mühüm Azərbaycan AÇIQLAMASI

"Beynəlxalq ictimaiyyət 29800 kv.km ərazinin tanındığını açıq şəkildə bəyan etdikdə Ermənistan və region üçün sülh gələcək". 


Sfera.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan parlamentində 2022-ci il üçün hökumət proqramının icrası ilə bağlı hesabatı təqdim edərkən deyib.

 

O, bundan sonra Ermənistanın heç bir ölkəyə ərazi iddiası olmayacağını bildirəcəyini qeyd edib.

 

Paşinyan bildirib ki, sülhə nail olmaq dörd qonşu ölkə ilə normal münasibətlərin olması deməkdir: 

 

"Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir, müvafiq olaraq daha çox Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq. Siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşları üçün nə dərəcədə məqbul olacaq? Vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin funksiyasıdır.  İnsanlar başa düşdükdən sonra bu qərarlarla razılaşacaqlar".

 

Onun sözlərinə görə, bu edilməsə, o zaman Ermənistanın inkişafına heç kim imkan verməyəcək.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...

Prezidentin ötən gün açılışında iştirak etdiyi məktəbdən görüntülər - VİDEO

Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin ötən gün Xankəndi şəhərində açılışında iştirak etdiyi Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəbin videogör...

Bu kolleclərə yeni direktorlar TƏYİN EDİLDİ - FOTO

Azərbaycanda 3 kollecə direktor təyinatı olub.   Bu barədə Sfera.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.    ...

Altı ildir sevgili olan məşhur cütlük evləndi - FOTO

Türkiyənin məşhur aktrisası Meriç Aral həmkarı Serkan Keskin ilə evlənib. Sadə nikah mərasiminə üstünlük verən cütlüyün nikah şahidləri Efe Tuncer və ...

İlham Əliyev: "Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub"

Bura (Xankəndi) bizim tarixi torpağımızdır və əminəm ki, bunu Azərbaycanda bilməyən yoxdur. Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yer...