Məşhur aktrisa pişiyinə görə qonşularla dava edib? - Özü AÇIQLADI

Məşhur aktrisa pişiyinə görə qonşularla dava edib? - Özü AÇIQLADI

Türkiyənin azərbaycanəsilli aktrisası Nəsrin Cavadzadənin yaşadığı binada 15 pişiyi bəslədiyi üçün qonşuları ilə dava etdiyi iddia olunub.

 

Sfera.az bildirir ki, keçən həftələrdə 15 yaşlı pişiyi Çikonun ölümü ilə məyus olan ulduz yayılan məlumatlara reaksiya verib. 

 

“Haqqımda yayılan xəbərlər tamamilə əsassızdır. Evimdə pişik saxlamıram. Qonşularımla binanın bağçasındakı bütün heyvanlara qarşı həssas davranırıq, təkcə pişiklərə yox. İnsanlar üçün yaxşı olan da budur. Keçən həftə bəslədiyimiz pişiklərdən birinin başına dəhşətli bir şey gəldi.  Biri onu ölümə tərk edib, Çətinliklə də olsa, pişiyi tapdıq və sahibləndirdik. Heç kimlə dava etməmişəm, amma bildirmək istəyirəm ki, uşaq və heyvanlara qarşı zorakılıq və pis rəftara qarşı həmişə mübarizə aparacağam”, - məşhur aktrisa sosial şəbəkə hesabında qeyd edib.

 

Türkan
 


OXŞAR XƏBƏRLƏR