Putin “hələ güclüyəm” mesajını vermək istəsə də... – O, Xersona niyə gedib?

Putin “hələ güclüyəm” mesajını vermək istəsə də... – O, Xersona niyə gedib?

Rusiya prezidenti Vladimir Putin “Dnepr” qoşun qrupunun Xerson istiqamətində yerləşən qərargahına baş çəkib, hərbçilərlə görüş keçirib. Sözügedən səfər artıq dünya mediasının əsas müzakirə mövzularındandır.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri Samir Hümbətov deyib ki, bu, son ayyarım ərzində Vladimir Putinin ikinci belə səfəridir:

 

“Putin Rusiyanın Ukraynadakı işğal etdiyi ərazilərə bundan əvvəl də səfər etmişdi. Krıma isə mütəmadi olaraq gedir. Düşünürəm ki, Putin xüsusən də Ukraynanın əks-hücuma başlamaq istədiyi bir vaxtda “Mən burada möhkəmlənmişəm”, mesajını verməyə çalışır. Amma bu, təkcə Ukraynaya deyil, həm də Qərbə ünvanlanan mesajdır. Düzdür, Ukraynanın əks-hücum planları ilə bağlı məlumatlar var, amma bunun nə zaman olacağını hələ heç kim dəqiq bilmir. Güman ki, bir müddət çəkəcək. Rusiyanın belə bir addım atması həm də “hələ güclüyəm və burada qalacam”, mesajıdır”.

 

Müsahibimiz deyib ki, Rusiyanın mesajlarına rəğmən, nəticə məlumdur:

 

“Onların Qərblə bu prosesi təkbaşına nə qədər davam etdirəcəyi məlumdur. Yəni çox davam etməyəcək. Burada həm iqtisadi sanksiyalar, həm dünyadan təcrid olunma prosesləri önəmlidir. Fikrimcə, Putinin səfəri birbaşa güc göstərisidir. Bu isə Rusiya cəmiyyətinə və ordusuna hesablanıb. Hər halda hadisələrin gedişatı bundan sonra nə olacağını göstərəcək”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Tramp FED-i bu qərara görə TƏNQİD ETDİ - Son 4 ildə ilk dəfə...

ABŞ prezidentliyinə namizəd, respublikaçı Donald Tramp ABŞ Federal Ehtiyat Sistemini (FED) faiz dərəcələrini 50 baza bəndi azaltma qərarına görə tənqid edi...

“Azərbaycan da buna görə müvafiq addımlar atıb” – VİDEO

“Əslində, son 50 ildə informasiya texnologiyalarında sürətli inkişaf məlumatların qorunmasının vacibliyini artırır. İndi bəzi ölkələr üçün gizli informasi...

Zaxarova: "Qərb Cənubi Qafqazda sülhün təmin edilməsinə qarşıdır"

Qərb ölkələrinin Cənubi Qafqaz regionu üçün dağıdıcılıqdan başqa heç bir gündəmi yoxdur.   Sfera.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliy...

"Instagram"dan bu şəxslərə MƏHDUDİYYƏT - Paylaşımlar görünməyəcək

"İnstagram" 16 yaşdan kiçik istifadəçilərin hesablarını “Gənc hesab” kimi tanıyacaq və onlara bir sıra məhdudiyyətlər tətbiq edəcək. &...

Şənbə günü yağış yağacaq - PROQNOZ

Sentyabrın 21-də Azərbaycanda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.   ...

Torpaqlardan istifadə ilə bağlı 3 mindən çox pozuntu aşkarlandı - VİDEO

Bu ilin I yarısında Azərbaycanda torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti tədbirləri çərçivəsində ölkə üzrə ümumilikdə 8 410 mo...