ABŞ defoltdan qaçmaq üçün borclanmanı artıracaq - Respublikaçılar narazıdır
ABŞ Nümayəndələr Palatası yaxın həftələrdə dövlətin borc limitinin artırılması ilə bağlı qanun layihəsini müzakirəyə çıxaracaq.
Sfera.az xəbər verir ki, qanun layihəsi gələn ilə qədər borc limitinin bir qədər də artırılmasını nəzərdə tutur.
Əgər deputatlar borc limitini artırmasalar, o halda ABŞ hökuməti xərclərini azaltmağa məcbur qalacaq.
Lakin bu variant da ABŞ-nin maliyyə problemlərini həll etməyəcək və defolt baş verəcək. Buna görə də yeganə yol borc limitinin artırılmasıdır. Qarşıdakı bir il üçün borc limiti 31,4 trilyon dollara çatdırılarsa, xərcləri maliyyələşdirmək mümkün olacaq.
Qeyd edək ki, borc limiti ABŞ hökumətinin xərclərini ödəmək üçün borc ala biləcəyi pul məbləğinin yuxarı həddidir. Nümayəndələr Palatasında yenicə səs çoxluğu qazanan respublikaçılar borc limiti ilə bağlı danışıqlarda xərclərin əhəmiyyətli dərəcədə azaldılmasının tərəfdarıdırlar. Demokratlar isə borc limitinin artırılmasında israrlıdırlar və respublikaçıların müəyyən xərcləri azaltmaq təkliflərini rədd edirlər. Demokratlar və respublikaçılar arasında dalana çevrilən borc limiti məsələsinin bazarları silkələyəcəyi ilə bağlı narahatlıqlar var.
Vasif