Rövşanə efirdə yenə qonağı ilə dalaşdı: "Özünü ərə getməklə..."

Rövşanə efirdə yenə qonağı ilə dalaşdı:

Son günlər verilişinə çağırdığı qonaqlarla qalmaqal yaşayan aparıcı Rövşənə Ağasəfqızının sözü influenser Nagehan Abdullayeva ilə çəp gəlib.

 

Sfera.az olay-a istinadən xəbər verir ki, Ağasəfqızı "Space səhər" proqramında qonaq etdiyi Nagehanı qəzəbləndirib. 

 

Buna səbəb isə Abdullayevanın "Mən azərbaycanlı bəylə evləndiyim üçün populyarlığım artdı. İnstaqramda türk gəlin görməmişəm" sözlərinə "Orada yoxdur da. Hamı çıxıb özünü ərə getməklə məşhur etmir" cavabı olub.

 

Abdullayeva "Xahiş edirəm sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. Zatən instaqramda müəyyən qədər gündəmə gəlmişdim. Sonra izdivac verilişinə çıxdım" , - deyərək, özünü müdafiə edib.

 

Ağasəfqızı isə yenə də öz fikrində qalıb. Bundan sonra "Deməyim odur ki, instaqram və ərə getməklə yadda qalmaq bir işdirmi?" sualını ünvanlayıb.

 

Nagehan "Siz elə danışırsız ki, mən şokdayam. Əminəm ki, izləyicilərim də reaksiyalarını gizlədə bilmirlər. Siz niyə bu qədər ərə getməyə ilişmisiz?" sözləri ilə qəzəblənib.

 

Rövşanə ondan işinin məğzini izah etməsini istəsə də, Abdullayeva aparıcıya sərt cavab verib:

 

"Sizin işinizin məğzi nədir? İnsanları əzib, tənqid etmək? Davamlı olaraq "ərə getmək" deyirsiz. Bu, xoşagəlməzdir. Mən ona görə cavab vermək istəmirəm. "Ərə getmək" deyə tutdurubsuz. Təhsilli insanam, nə olub ki? Mən burada ailə həyatımı düzgün göstərdiyim üçün sevilmişəm. Ailə həyatımı niyə davam etdirə bilmirəm ki? Ömrümün sonuna qədər evli qalacağam deyə bir şey yoxdur. Təbii ki, Fəridə fikir ayrılıqlarımız ola bilər. Heç kimin sığortalanmayıb. Bunu da düzgün edərik. İki uşağımız var, onlardan biri qızdır".

 

Qeyd edək ki, R. Ağasəfqızı ötən həftələrdə efirində Əməkdar artistlər Nigar Şabanova və İlkin Əhmədovla qalmaqal yaşayıb.


OXŞAR XƏBƏRLƏR

60 il əvvəl məişət zorakılığından qaçan qadın tapıldı - FOTO

Amerika Birləşmiş Ştatlarında altmış ildən artıqdır itkin düşən 82 yaşlı Odri Beykberq tapılıb. Məlum olub ki, o, ərinin törətdiyi məişət zorakılığından qaçıb. ...

"Saxta canavar" əməliyyatı: Polis Ledi Qaqanın konsertində terror hücumunun qarşısını aldı

Braziliya polisi terror aktına cəhddə şübhəli bilinən şəxsləri həbs edib.   Sfera.az bildirir ki, polis Rio-de-Janeyrodakı Kopakabana çimərliyində &ldq...

Lotereyadan 167 milyon dollar qazadı, 4 gün sonra həbs olundu

ABŞ vətəndaşı Ceyms Fartinq adlı şəxs anasına 2 dollara lotereya bileti alıb. Aprelin 26-da o, 167,3 milyon dollar udduğunu öyrənib. İki gün sonra, aprelin 28-...

Nazarbayevin xanımı xəstəxanaya yerləşdirildi

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevın xanımı Sara Nazarbayeva xəstəxanaya yerləşdirilib.   Sfera.az bu barədə yerli mediaya istinadə...

Bu ölkədə 5,7 bal gücündə zəlzələ oldu

​​​​​Meksikada 5,7 bal gücündə zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin Milli Seysmoloji Xidməti məlumat yayıb.  ...

Azərbaycanda müəllimləri sevindirəcək xəbər

Müəllimlərə sosial dəstəyin gücləndirilməsi istiqamətində yeniliklər olacaq.   Sfera.az xəbər verir ki, artıq bu payızdan etibarən pedaqoji fəal...