Qənirə Ataşovanın oğlu 8 universitetdən qəbul aldı

Təhsil
22:30 / 17.04.2023
5800
Aparıcı Qənirə Ataşovanın böyük oğlu Fərhad Amerikanın 8 universitetinə qəbul alıb.
Sfera.az xəbər verir ki, uzun illərdir ABŞ-də yaşayan jurnalist bu barədə sosial şəbəkədə məlumat yayıb.
“NYU”, “Duke”, “Georgetown”, “VCU”, “Buffalo”, “GeorgeTech” daxil olmaqla 8 universitetdən qəbul almışıq. Hələ yolda olanlar da var. Bu, son deyil, başlanğıcdır. 11 illik təhsil yolu onu gözləyir, seçimi tibbdir. Ümid edirəm insanlığa Fərhad adlı, azərbaycan əsilli neyrocərrah xidmət edər” deyə, Q.Ataşova bildirib.
Qeyd edək ki, aparıcının Ceyhun adlı bir oğlu da var.