Azərbaycanda bir neçə rayonu zəlzələ titrətdi - YENİLƏNİB

Azərbaycanda bir neçə rayonu zəlzələ titrətdi - YENİLƏNİB

12:29

Bu gün yerli vaxtla saat 11:52-də Saatlıdan 30 km cənub-qərbdə, İmişli rayonu ərazisində 4,5 maqnitudalı zəlzələ qeydə alınıb.
 
Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ episentrə yaxın digər ətraf rayonlarda 3 bala qədər hiss olunub. 

---------

12:17

Bu gün səhər saatlarında  zəlzələ baş verib. 

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızının APA-ya verdiyi məlumata görə, ilkin məlumatlara əsasən 4,5 maqnitudalı zəlzələnin episentri İmişli rayonu olub.
 
APA-nın məlumatına görə, zəlzələ Ağcabədi, Ağdam, Tərtər, Yevlax və Bərdə rayonlarında da hiss edilib.

Sfera.az


OXŞAR XƏBƏRLƏR