Çingiz Bəşirov Rəna Yüzbaşını TƏHQİR ETDİ: "ABAD kolxozçusu, dodaqlarını şişirtmisən..." - FOTO
Cəmiyyət
17:26 / 17.04.2023
5565
Azərbaycanın keçmiş məhkəmə hakimi, uzun müddət məhkəmə orqanlarında yüksək vəzifələr tutmuş Çingiz Bəşirov “Sandıqca” brendinin təsisçisi, yazıçı Rəna Yüzbaşını təhqir edib.
Sfera.az xəbər verir ki, R.Yüzbaşı keçmiş hakimlə olan yazışmasından bir hissəni paylaşıb.
Həmin paylaşımda Ç.Bəşirov yazıçı haqqında “İnternetdə sizin kimi nə qədər narsist var? Yeri gəlmişkən, dodaqlarınızı şişirtdiyinizi gizlətmirsiniz” ifadəsini işlədib.
Keçmiş hakim bir qədər də irəli gedərək yazıçının bədən forması ilə bağlı başqa aşağılayıcı sözlər yazıb və sözlərini “Gəl gəzməyə gedək, sağol ABAD kolxozçusu” formasında tamamlayıb.
Orxan