Ermənistanın sülh əleyhinə yönələn təxribatçı əməlləri: “Onları buna təşviq edən cəzasızlıqdır”

Ermənistanın sülh əleyhinə yönələn təxribatçı əməlləri: “Onları buna təşviq edən cəzasızlıqdır”

2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan və düşmənin təslim olması ilə nəticələnən Vətən müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğrasa da, onlar zaman-zaman öz təxribatçı əməllərini davam etdirirlər.  İllərdir, Ermənistanın Azərbaycana qarşı törətdiyi, sülh əlyehinə yönələn əməllərlə bağlı məlumatlar kütləvi informasiya vasitələrində işıqlandırılsa da, onlar yenə öz xislətlərindən əl çəkmirlər. Ötən həftə baş verən hadisə buna bariz nümunədir. Artıq uzun müddətdir ki, hər iki dövlət arasında sülh müqaviləsinin imzalanması üzərində işlər davam etdirilir. 

 

Sfera.az bildirir ki, ötən həftə Ermənistan paytaxında Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması, bundan bir neçə gün öncə isə, Azərbaycan əsgərinin Ermənistanda döyülməsi faktı dünyanın gözü qarşısında baş versə də, onların sülh əleyhinə yönələn əməlləri cəzasız qalıb.

 

Bununla bağlı danışan millət vəkili Ceyhun Məmmədov deyib ki, beynəlxalq yarışmada Azərbaycan bayrağının yandırılması, bu cinayəti törədən şəxsə Ermənistanda qəhrəman münasibətinin bəslənməsi bu millətin vəhşi və barbar olduğunu bir daha göstərib:

 

“Ermənistan və ermənilər uzun illərdir bütün dünyada təbliğat aparır ki, azərbaycanlılar vəhşi və barbar xalqdır. Ona görə bizim onlarla birgə yaşamağımız qeyri-mümkündür. Əslində isə reallıq göz qabağındadır. Əsil vəhşi və barbar ermənilərdir.  Heç şübhəsiz ki, erməniləri belə cinayətləri ard-arda törətməyə təşviq edən cəzasızlıqdır. Nə qədər ki, beynəlxalq təşkilatlar ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətlərə hüquqi qiymət verməyib, onları cəzalandırmayıb belə də olacaq.  Hər zaman olduğu kimi, bu dəfə də Azərbaycana və azərbaycanlılara qarşı hər zaman kəskin mövqeyi ilə seçilən beynəlxalq təşkilatlar, nə də ayrı-ayrı dövlətlər ermənilər tərəfindən Azərbaycan əsgərinə və bayrağına qarşı törədilən vəhşiliklə bağlı kəskin mövqe nümayiş etdirmədilər.  Yoxsa erməni və xristian təəssübkeşliyi, islamafob və türkəfob düşüncə tərzi bu vəhşilikləri görməyə imkan vermir? Reallıq budur”.

 

Deputat qeyd edib ki, Azərbaycan vaxtında çox doğru qərar qəbul edərək yarışlarda iştirakdan imtina edib: “Belə vəhşiliyə elə də kəskin reaksiya olmalı idi. Özünə hörmət edən hər bir dövlət elə etməli idi. Beynəlxalq idman təşkilatları da bu məsəldə öz kəskin mövqelərini ortaya qoymalı, bu barbarlığı qətiyyətlə pisləməlidirlər. Əks halda belə təxribatlar davamlı xarakter alacaq”.

 

Digər deputat Sahib Alıyev də bildirib ki,  Ermənistanda bayrağımızın yandırılması orada Azərbaycana qarşı dövlət səviyyəsində yürüdülən nifrət siyasətinin , bu ölkədə  rasizm və ksenofobiyanın necə yüksək səviyyədə olmasının növbəti təsdiqidir: “Belə bir  vandallıq aktından sonra Ermənistanda hər hansı beynəlxalq tədbir və yarşmanın keçirilməsi rasizmə, ksenofobiyaya dəstək anlamı daşıyacaq. Ona görə də beynəlxalq qurumları və idman federasiyalarını baş verənlərə ciddi yanaşmağa, Ermənistanda bu qəbildən olan hər hansı yarış və tədbirin keçirilməsinə ən azı bir neçə il qadağa qoymağa çağırıram”.

 

Türkan 

 

 

Qeyd: Məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

 

Mövzu: Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;

 


 


OXŞAR XƏBƏRLƏR

Qarabağ Universitetinin tələbə yataqxanası təmirdən sonra - VİDEO

Elm və Təhsil Nazirliyi Qarabağ Universitetinin tələbə yataqxanasının təmirindən sonra görüntülərini yayıb.   Sfera.az xəbər verir ki, bu barədə nazi...

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ - 2

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...