Orucluq bitdikdən sonra necə qidalanmaq lazımdır? – Məsləhətlər

Orucluq bitdikdən sonra necə qidalanmaq lazımdır? – Məsləhətlər

Məlum olduğu kimi, Ramazan ayı boyunca oruc olan şəxslər gün ərzində normal qidalanma rejimindən uzaq düşür.

 

Bir ay ərzində saatlarla davam edən aclıq və susuzluq sonradan müəyyən qidalanma vərdişləri də yarada bilir. Belə şəxslərin orucluq bitdikdən sonra sağlamlıq üçün hansı şəkildə qidalanmalı olduğu isə maraq doğuran məsələlərdəndir.

 

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova orucu açdıqdan sonra gəzməyin daha uyğun olduğunu bildirib:

 

“Orqanizmin birdən-birə saat dəyişikliyinə öyrənməsi üçün axşam yeməklərini 3-4 gün ərzində yarım saat fərqlə qəbul etmək lazımdır. Bu günlər ərzində yatmazdan 4-5 saat əvvələdək axşam yeməyini yemək olar. Ramazan zamanı insanlar uzun müddət ac qaldığı üçün xəmirli, paxlalı qidalar qəbul edirdisə, orucluq sonrası bu qidaları azaltmaq lazımdır. Gün ərzində, xüsusilə axşam saatlarında tərəvəzli qidalara daha çox yer vermək lazımdır ki, lifli qidalar bağırsaqların işləməsini təmin etsin. Eyni zamanda mütləq şəkildə səhər yeməyi yeyilməlidir. Axşam yeməyindən sonra yürüş etmək maddələr mübadiləsi üçün xeyirli olar”.

 

Mütəxəssis orucluq bitdikdən sonra su qəbulunun da önəmli olduğunu diqqətə çatdırıb:

 

“Ramazan ayında susuzluqdan əziyyət çəkməmək üçün insanlar yağlı qidalardan, turşulardan çox istifadə edə bilmir. Orucluq sonrası dərhal həmin qidaları qəbul edən şəxslərdə həzm sistemində problemlər yarana bildiyi üçün bu qidaları tezliklə qəbul etməmək lazımdır. Digər əsas məsələlərdən biri meyvə-tərəvəz qəbul etməkdir. Gün ərzində maye qəbul etməyə də diqqət yetirmək lazımdır. Maye qəbulu artıq çəkisi olmayan insanlarda hər kq üçün 30 ml təşkil etməlidir. Bu miqdarı 1-2 fincan artırmaq olar. Bu şəkildə qidalanma orucluq sonrası sağlamlığın bərpasına faydalı ola bilər və artıq çəki alınmasının qarşısını alacaq”.

 

Əzizə Zeynal


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...