Ukraynanın müdafiə naziri Türkiyədən ÜZR İSTƏDİ - SƏBƏB

Ukraynanın müdafiə naziri Türkiyədən ÜZR İSTƏDİ - SƏBƏB

Ukraynanın müdafiə naziri Oleksey Reznikov Rusiya ilə müharibədə öz itkilərinin sayını Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyinə görə üzr istəyib. 

 

Sfera.az xəbər verir ki, bu barədə nazirin Tvitter səhifəsində bildirilib. 


“İspaniyanın “La Razon” qəzetinə verdiyim müsahibədə şərhlərimdən inciyən Ukrayna və ya Türkiyədə yaşayan hər kəsdən səmimi qəlbdən üzr istəyirəm. Ukraynalılar türk xalqına rəğbət bəsləyirlər. Minlərlə günahsız insanı, dostları, qonşuları dəfn etməyin nə olduğunu başa düşürük. Mən türk dostlarımıza Rusiya işğalının başlanğıcından bəri Krımla bağlı sarsılmaz dəstəyə və qəti mövqeyə görə minnətdaram”.

 

Xatırladaq ki, İspaniyanın “La Razon” qəzetinə müsahibə verən Aleksey Reznikov Ukraynanın müharibədə verdiyi ümumi itkiləri dəyərləndirərək, bunların Türkiyədə baş verən dağıdıcı zəlzələlərdə ölənlərin sayından az olduğunu qeyd etmişdi.

 

İnci

 


OXŞAR XƏBƏRLƏR