Aylar sonra bu fotolarla gündəmə gəldilər - FOTO

Maqazin
13:42 / 17.04.2023
3547
Los-Ancelesin Müasir İncəsənət Muzeyində qala gecə keçirilib.
Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə iştirak edən qonaqlar arasında 58 yaşlı Hollivud aktyoru Kianu Rivz və onun 50 yaşlı rəssam sevgilisi Aleksandra Qrant da olub.
Tədbirdən əvvəl məşhur cütlük qırmızı xalıdan keçib, kameralar önündə öpüşüb. Onların bu görüntüləri xarici nəşrlərin manşetlərinə düşüb.
Qeyd edək ki, aktyorla rəssam 2019-cu ildən münasibətdədir. Onlar tədbirlərdə, demək olar, görüntülənmirlər, lakin bu qala gecəni Aleksandra Qrantın peşəkar fəaliyyəti səbəbindən buraxmırlar.