Putin həm qorxur, həm də buna məcburdur – Növbəti səfərbərlik olacaqmı?

Putin həm qorxur, həm də buna məcburdur – Növbəti səfərbərlik olacaqmı?

Britaniyanın “Sky news” nəşrinin məlumatına görə, Rusiya Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatına hazırlaşır. Bildirilib ki, Rusiyada hərbi çağırışçılarla bağlı qəbul olunan yeni qanundakı məhdudlaşdırıcı qərarlar da bununla bağlıdır:

 

“Rusiya hakimiyyəti növbəti səfərbərliyi planlaşdırmadığını bildirir. Kreml sözçüsü Dmitri Peskovun sözlərinə görə, qəbul edilmiş yeni qanun sadəcə, hərbi çağırış sistemindəki qarışıqlığı aradan qaldırmaq üçündür”.

 

Vurğulanıb ki, Peskovun açıqlamasına rəğmən, gələcəkdə Rusiyada növbəti səfərbərliyin elan olunması mümkündür.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov xatırladıb ki,  bu günlərdə Rusiyada qəbul olunmuş yeni qanuna görə, hərbi çağırışdan yayınan şəxslərin avtomobil idarə etmək hüququ məhdudlaşdırılıb:

 

“Eyni zamanda onlar ölkədən çıxa və mənzillərini sata bilmirlər. Sözügedən qanun mahiyyət etibarı ilə çağışçılara təzyiq göstərmək deməkdir. Bu isə hakimiyyətin yeni döyüşçülərə ehtiyacı olduğunu göstərir. Son vaxtlar Ukraynanın ehtimal edilən əks-hücum əməliyyatları gündəmdədir. Ukrayna rəsmiləri, o cümlədən Prezident Volodimir Zelenski və müdafiə naziri Oliksiy Reznikov müdafiə qüvvələrinin yaxın vaxtlarda əks-hücum əməliyyatına başlayacağını bildiriblər. Mətbuatda yazıldığına görə, əks-hücum əməliyyatları zamanı ABŞ da Ukraynanı dəstəkləyəcək. Ukrayna Baş naziri Denis Şmıqal bu günlərdə bildirmişdi ki, əks-hücum əməliyyatları nəticəsində 1991-ci il sərhədləri bərpa oluna bilər. Həmçinin rəsmi Kiyev müharibənin bu il başa çata biləcəyini iddia edir. Bu məqamlar Rusiya hərbi-siyasi elitasında təlaş yaradır”.

 

Müsahibimiz Rusiyanın əks-hücum əməliyyatlarına hazırlaşdığını qeyd edib:

 

“Kreml bu hazırlığı mümkün qədər gizli aparmağa, özünü soyuqqanlı göstərməyə çalışır. Rusiyada birdən-birə növbəti səfərbərlik elan oluna bilməz. Bu, daxildə ciddi narazılığa səbəb olar. Odur ki, rəsmi Moskva mümkün qədər ehtiyatlı davranmağa çalışır. Çağırışçılar haqqında qəbul olunan yeni qanun onu deməyə əsas verir ki, hərbi sistemdə müəyyən boşluqlar var. Həmçinin ola bilsin, döyüşçülər arasında narazılıq, o cümlədən fərarilik artıb. Ona görə də hakimiyyət onlara təzyiq üçün bu cür məhdudlaşdırıcı qərarlar qəbul edib. Səfərbərliyin növbəti dalğasının elan olunması Rusiya hakimiyyəti üçün riskli qərar olar. Hakimiyyətin asanlıqla bu addımı atacağını düşünmürəm. Rusiyanı nəinki xaricdən, həm də daxildən artan təhlükələr gözləyir. Belə gedərsə, gələcəkdə hərbçilərin narazılığının artması da mümkündür”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...