Yaz fəslində sağlamlığınızı qorumaq üçün bunları edin – 7 ÜSUL

Yaz fəslində sağlamlığınızı qorumaq üçün bunları edin – 7 ÜSUL

Yaz fəsli sağlamlıq və rifahla bağlı yeniliklərə ehtiyacı özündə ehtiva edir.

 

Sfera.az “The Telegraph”a istinadən sözügedən bununla bağlı istifadə edə biləcəyiniz yeddi üsulu təqdim edir.

 

Mövsümə uyğun qidalanın - Sağlamlıq və Qida Əlavələri İnformasiya Xidmətinin məsləhətçi orqanı ilə işləyən həkim Qill Cenkins qeyd edib ki, mövsümə uyğun yemək yerli qidalara üstünlük verdiyimiz mənasına gəlir:

 

“Mövsümi meyvə və tərəvəzlər daha təzə olur. O cümlədən, idxal olunan məhsullardan fərqli olaraq, daşınma və saxlanma zamanı uzun müddət çəkmir, vitamin və minerallarını itirmirlər. Bir çox insan bu vacib qida maddələrindən məhrumdurlar. Məsələn,  Böyük Britaniya əhalisində folat, kalsium, vitamin D, dəmir, selen, yod və omeqa-3 yağ turşuları əhəmiyyətli dərəcədə çatmır”.

 

Mütəxəssis turp, ispanaq, yaz göyərtisi, soğan, kələm, kahı və.s kimi tərəvəzlərdən istifadə etməyi tövsiyə edib.

 

Dietoloq Rhiannon Lambert “Çiyələklərdə immunitet sistemimizi dəstəkləməyə kömək edən C vitamini kifayət qədərdir. 80 qramlıq meyvə sizə gündəlik tövsiyə olunan C vitamini qəbulunun 114 faizini verə bilər. Çiyələyin diş sağlamlığımız üçün də faydaları ola bilər, çünki tərkibində alma turşusu var, bu da dişlərdəki ləkələri azaltmağa kömək edir” söyləyib.


Mövsüm saatına uyğun yatın - Uzun günlər və günəş işığı insanları çöldə daha çox vaxt keçirməyə, daha çox məşq etməyə və daha yüngül,  təzə qidalar yeməyə təşviq edir. Bununla belə, bu vərdişlər bizi uzun müddət oyaq qalmağa və ya tez oyanmağa vadar edə, yuxu rejimimizi poza bilər.

 

“HAWQ” korporativ sağlamlıq xidmətinin həmtəsisçisi Livvi Probert yuxu dövrünün birbaşa işıqdan asılı olduğunu deyib: “Yazda gecədən həzz almaq, ardınca səhər saat 6-da günəş işığı ilə oyanmaq istəməyimizə baxmayaraq, özümüzü yaxşı bir gecə yuxusu üçün hazırlamalıyıq. Bunun bir neçə yolu var: Məsələn, yüngül yorğandan istifadə edə bilərsiniz və ya pəncərəni açıq saxlamaq yaxud soyuducu fandan istifadə etmək tövsiyə olunur. Otaq mümkün qədər qaranlıq olmalıdır ki, vücudunuz yatmaq zamanı olduğunu anlasın. Səhər isə pərdələri açmaq oyanmağa kömək edə bilər. Bahar təmizliyi edin. Çünki dağınıqlıq bizi "yuxu" düşünməyə vadar etmir.


Yeni cildə keçid – Soyuq qış aylarından sonra dərinizin qulluğa ehtiyacı olur. Yaz fəsli isə ölü dəri hüceyrələrindən qurtulmaq və məsamələri açmaq üçün yaxşı vaxtdır. “Skin:Genius” dəriyə qulluq brendinin həmtəsisçisi Culia Vearncomb mövzu ilə bağlı bunları qeyd edib:

 

“Baharda kir və ya yığılmış bakteriyalardan azad olmaq üçün makiyaj fırçalarınızı təmizləyin. Açıq havada olmaq dərinizi təmiz hava ilə təmin edəcək. Yaz günəşindən alınan D vitamini dərini qorumağa və dəri hüceyrələrinin bərpasına kömək etməklə bir sıra dəri xəstəliklərinin qarşısını alacaq. Soyuq aylardan sonra günəşdən qoruyan vasitələrdən istifadə mütləqdir”. “Dərinin günəş işığına məruz qalması D vitamininin əsas mənbəyidir, lakin günəş yanığı və dəri xərçəngi real riskdir", - qadın sağlamlığı üzrə mütəxəssis Ketrin Hud vurğulayıb.  


Fitnesslə məşğul olun - Müntəzəm məşq və hərəkət etmək stressi azaltmaq, yuxunu yaxşılaşdırmaq və immunitet sistemini gücləndirmək üçün ən yaxşı yollardan biridir. Məşhur məşqçi Moniqi İstvud insanların yaşlandıqca oynaq ağrılarından şikayətləndiyini deyib:

 

"Bu, əsasən idman etməmək və hərəkətsizlikdən qaynaqlanır. Sümüklər və əzələlər yaşlandıqca hormonal dəyişikliklərdən keçir və bu da oynaqlarımıza təsir edir. Lakin məşq onları güclü saxlamağa və yaşa bağlı sərtliyi və ağrıları azaltmağa kömək edə bilər”.


Əhvalınızı və zehninizi yenidən canlandırın – Yaz fəsli son bir neçə ayın bütün zehni yükünü atmaq üçün mükəmməl vaxtdır. Mütəxəssis Sultan Dajani “Təbiətə daha çox zaman ayırmaq və telefonunuzda keçirdiyiniz vaxtı məhdudlaşdırmaqla  başlayın. Hər şeydən əvvəl, kifayət qədər rahat yatmağa çalışın. Beyninizi boşaltmaq yuxu üçün vacib şərtdir”, - deyə tövsiyə edib.


Allergiyalara diqqət edin – İmmunitetlə bağlı kitab yazan həkim Cenna Makioçi bəzi hallarda antihistamin göz damcıları və burun spreyləri tövsiyə edib: “Qaçmaq ilk müdafiə xəttidir. Bundan əlavə isə, ətraf mühitdən qoruyan eynək taxın, yaşadığınız və ya müvəqqəti qaldığınız məkana girdikdən sonra duş qəbul edin və pəncərələri bağlı saxlayın”.


İmmunitetinizi bərpa edin - Aylardır  öskürək və soyuqdəymədən əziyyət çəkirsinizsə, onda özünüzü bir az tükənmiş hiss edə bilərsiniz.

 

Həkim Cosua Berkovitz bunları qeyd edib: “İmmunitet sisteminiz qışda ciddi şəkildə pozulubsa, D vitamini, B12 və ya C vitamininin əzələdaxili yeridilməsi ilə onun bərpasına başlaya bilərsiniz. Eyni zamanda yaxşı yemək, səkkiz saat yatmaq tövsiyə edilir. Stress səviyyəsini aşağı səviyyədə saxlamağa çalışın. Vitaminlər güclü immunitet sisteminin əsas tikinti materiallarıdır, ən vacibləri gündəlik qidalarda olur. C vitamini təzə meyvə və tərəvəzlərdə, xüsusilə portağal, qarağat, brokoli, qırmızı və yaşıl bibər və kartofda olur. Vücudunuz bunu uzun müddət saxlaya bilməz, ona görə də hər gün C vitamini ilə zəngin olan qida seçimləri etdiyinizə əmin olun. B12 vitamini immunitet sistemi və enerji üçün vacibdir -  balıq, ət, quş əti, yumurta və süd də daxil olmaqla, heyvan mənşəli məhsullarda mövcuddur. Nəhayət, güclü immunitet sistemi üçün sink lazımdır. Bunu ət, balıq, noxud, mərcimək, lobya, o cümlədən bişmiş lobya , qoz-fındıq, yumurta kimi məhsullarda tapmaq olar”.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

RF XİN: "Qərbin Ermənistanı hərbiləşdirməsi Cənubi Qafqazda sabitliyi pozacaq"

Ermənistanın Qərb ölkələri tərəfindən hərbiləşdirilməsi Cənubi Qafqaz regionunda gərginliyin artmasına səbəb olacaq.   Sfera.az xəbər verir ki,bunu&n...

İsrail-Livan müharibəsi başlayarsa, İran da qoşulacaq? - Politoloqdan AÇIQLAMA

Türkiyənin xarici işlər naziri Hakan Fidan İranın Yaxın Şərqdəki müharibəyə qoşulacağı ilə bağlı xəbərdarlıq edib: “Biz görürük ki, savaş Livan ...

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə TƏBRİK ETDİ

Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib.   Sfera.az xəbər verir ki, bu barədə nazirlik "X&q...

İsrailin Azərbaycandakı səfiri Dövlət Suverenliyi Günü münasibətilə paylaşım etdi

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycanın Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib.   Sfera.az xəbər verir ki, səfir paylaşımınd...

Ermənistanın prezidentliyə namizəd olmuş partiya rəhbəri ÖLDÜ

Ermənistanda müxalif “Milli Birlik” partiyasının rəhbəri Artaşes Qeqamyan ölüb.   Sfera.az-ın xəbərinə görə, bu barədə “Johovurd&rd...

İsrail Livanın cənubuna yeni hava zərbələri ENDİRDİ

İsrail Livanın cənubuna yeni hava hücumları həyata keçirib.   Sfera.az xəbər verir ki, bu barədə “The Times Of Israel” məlumat yayıb. ...