“MEDİAlab” layihəsi çərçivəsində tələbələr üçün seminar keçirildi - FOTO

“MEDİAlab” layihəsi çərçivəsində tələbələr üçün seminar keçirildi - FOTO

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə gənclərin media sahəsində fəal iştirakına şərait yaratmaq, yaradıcı-innovativ potensialını stimullaşdırmaq, xarici təcrübəyə əsaslanan nəzəri biliklərini artırmaq və yerli mediada tətbiqini reallaşdırmaq, bu istiqamətdə təcrübə mübadiləsini həyata keçirmək üçün “MEDİAlab” layihəsi çərçivəsində xarici mütəxəssislərin cəlb edilməsiylə silsilə seminarlara başlanılıb.

 

Sfera.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin – Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün kommunikasiya, marketinq və ictimai əlaqələr üzrə xarici ekspert Tatyana Ravalli tərəfindən “Rəqəmsal “storytelling”: Rəqəmsal məzmun yaratmaq üçün multimedia alətlərindən necə istifadə etmək olar?” mövzusunda ilk seminar təşkil olunub.

 

Seminar müddətində yeni informasiya- kommunikasiya texnologiyalarının inkişafının media mühitinə kompleks təsiri, yeni mediada kommunikasiya alətləri və formaları, rəqəmsal alətlərdən istifadə edərək məzmun yaratmaq, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması kimi mövzulara toxunulub. Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Qeyd edək ki, Medianın İnkişafı Agentliyi müxtəlif universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan tələbələrin xarici mütəxəssislərin cəlb olunduğu silsilə seminarlarda mərhələli şəkildə iştirakı istiqamətində layihənin icrasını davam etdirəcəkdir.


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...