"Kişilərin əvvəlki gücü qalmayıb, arvadının enerjisi daşır, enerjisini alan yoxdur" - Meyxanaçı Samirə

"Hər şey dəyişib. Qadınlar bu dəqiqə "Cütcü" oynayır, kişilər "Ceyranım"ı oynayırlar".

 

Sfera.az xəbər verir ki, bu sözləri meyxanaçı Samirə Yusifqızı qonaq olduğu Ülvira Qarayevanın "AStar" verilişində deyib.

 

Samirə kişilərin əvvəlki enerjisinin qalmadığından giley-güzar edib:

 

"Allaha and olsun kişilərin əvvəlki ruhu qalmayıb. Kişilər - yazıqlar gücdən düşüblər hərtərəfli. Çünki kişilərdə əvvəlki güc qalmayıb. Kişi yazıq bilmir bütün günü getsin pul dərdi çəksin, bilmir ev dərdi çəksin, bilmir ailə-uşaq dərdi çəksin. Kişi toya gələndə ancaq elə "Ceyranım, ay Ceyranım"ı oynayırlar yavaş-yavaş. Arvad da durur ayağa "Cütcü" e..., dağıdır aləmi. Enerji daşır axı, gücünü alan yoxdur. 

 

Mən istəyirəm Azərbaycan kişisi kişi olsun. Sözün əsl mənasında, böyük hərflərlə. Kişi kişi mahnısı oynasın da. Kişi gəlib "İran təranələri" oynayar?! Yaxşı, ağır hava istəyirsə "Qoçu Əli" oynasın, "Uzun dərə" oynasın. Gərək elə "Ceyranım", ya da elə "İran təranələri" oynasın?! Bunu bizim kişilərimizə mən yaraşdırmıram. Mən istəyirəm bizim kişilərimiz kişi kimi olsun, istəmirəm kimlərəsə bənzəsinlər.

 

Mən kişilərimizi həmişə böyük görmüşəm. Bizim atalarımız heç bizim toyumuzda oynamayıb". 


OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...