Azərbaycan ağır atletləri Ermənistanı tərk ediblər

Azərbaycan ağır atletləri Ermənistanı tərk ediblər

Şənbə günü Ermənistanın paytaxtında keçirilən ağır atletika üzrə Avropa çempionatında yarışın açılış mərasimində bir nəfərin səhnəyə qaçaraq Azərbaycan bayrağını ələ keçirib yandırmasından sonra Azərbaycan yığması iştirakdan imtina edib.

 

Sfera.az xəbər verir ki, Azərbaycanın Gənclər və İdman Nazirliyinin bildirdiyinə görə, İrəvanda baş vermiş insident onu göstərdi ki, Ermənistanda belə nifrət mühitində təhlükəsizlik təmin olunmur, psixoloji təzyiq səbəbindən Azərbaycan idmançılarının yarışlarda normal iştirakı mümkün deyil.

 

Nazirlik idmançıların və onları müşayiət edən şəxslərin Ermənistanı tərk etdiyini bildirib. Ermənistan rəsmiləri bayrağı ələ keçirən şəxsin açılış mərasiminə dəvət olunmuş Ermənistan ictimai televiziyasının əməkdaşı olduğunu bildiriblər. O, hadisədən sonra polis bölməsinə aparılsa da, heç bir ittiham irəli sürülmədən sərbəst buraxılıb.


OXŞAR XƏBƏRLƏR