Lüks brendlərdən Ramazan ayı kolleksiyası - FOTOLAR

Lüks brendlərdən Ramazan ayı kolleksiyası - FOTOLAR

“Louis Vuitton”dan “Versace”ə qədər ən dəbdəbəli brendlər Ramazan ayı üçün xüsusi kolleksiyalar buraxaraq Yaxın Şərq bazarını hədəfləyir.


Sfera.az xəbər verir ki, dəbdəbəli brendlər bu il Ramazan kolleksiyalarında əl çantaları, ayaqqabılar, gün eynəkləri və sadə pastel rəngli, çiçək naxışlı paltarları təqdim ediblər.


Vəziyyətə diqqət çəkən “Cosmopolitan” moda jurnalının Yaxın Şərq versiyası bu ayki sayında "İftar və sahurda ən yaxşı geyinən siz olun" başlığından istifadə edib.
Bildirilib ki, Avropa iqtisadiyyatı Ukrayna müharibəsinin yaratdığı mənfiliklərdən təsirlənsə də, brendlər Yaxın Şərq bazarında böyüyərək gəlirlərini artırmağı hədəfləyirlər.


Jurnal yazır ki, Dubaydakı “Mall of Emirates”də alış-veriş edənlər də artıq lüks brendlərin İslam mədəniyyətinə daha çox diqqət ayırdığını təsdiqləyirlər:


“Lüks brendlər indi bizim mədəniyyətimiz və dinimiz haqqında daha çox məlumatlıdırlar. Onların vitrinlərində Ramazan ayı və Ramazan bayramı ilə bağlı kolleksiyalar tapmaq olur”.

Lalə
Sfera.az


 


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...