Viktoriya Bekhem üzünü 2,5 min dollara lazerli cilalama etdi - VİDEO

Viktoriya Bekhem üzünü 2,5 min dollara lazerli cilalama etdi - VİDEO

48 yaşlı britaniyalı dizayner və müğənni Viktoriya Bekhem İnstaqram hesabında bu yaxınlarda Los-Ancelesdə plastik cərrah tərəfindən üzünü lazerlə bərpa etdirdiyini açıqlayıb.
 

Sfera.az bildirir ki,Viktoriya Bekhemə lazerlə dəri müalicəsi ilə artıq qocalmayacağı deyilib.
 

Qeyd edək ki, lazerlə yenilənmə incə xəttləri, qırışları aradan qaldırmağa, dərini dartmağa və dəri tonunu bərabərləşdirməyə yönəlmiş qabaqcıl dəri cavanlaşdırma prosedurudur.
 

Viktoriya həkimlə çəkdirdiyi videoda cərrahi müdaxilə olmayan müalicəsi haqqında danışıb və bildirib ki, onu sözün əsl mənasında qocalmayacağına inandırıblar.


Viktoriya proseduru haqqında danışarkən:
 

“Demək istədiyim odur ki, biz nəinki vaxtı geriyə çəkirik, həm də indi onu dayandırırıq. Beləliklə, siz sözün əsl mənasında artıq qocalmayacaqsınız".


Amerika Plastik Cərrahlar Cəmiyyətinin 2020-ci il hesablamalarına görə, lazerlə dərinin yenilənməsinin orta qiyməti ablativ üçün təxminən 2509 dollar, qeyri-ablativ üçün isə 1445 dollardır.
 

Doktor Qavami deyib ki, o, “Spice Girls” ulduzuna dərinin səthinin bərpası üçün bir qədər zədələndiyi yarımablyativ müalicə və qırmızı ləkələri və piqmentasiyanı aradan qaldırmaq üçün işıq terapiyasını birləşdirib.


Viktoriya, ilk lazer müalicəsindən o qədər təsirləndiyini bildirib ki, RF terapiyası ilə birlikdə başqa bir müalicəni də səbirsizliklə gözləyir.
 

"Son müalicədən sonra dərimin heç vaxt bu qədər yaxşı görünməmişdi. Buna görə də daha çox şey etmək istədiyimi söylədim"-deyə o bildirib.


Müalicə haqqında danışmazdan əvvəl Viktoriya düzgün, nizamlı qidalanaraq dərisinə necə qulluq etdiyini də bölüşüb.

 

 


OXŞAR XƏBƏRLƏR

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...

İran Prezidentinə sui-qəsdə əl atdılar

İran Prezidenti Məsud Pezeşkian, İsrail hakimiyyətinin ona qarşı sui-qəsd cəhdi etdiyini bildirib.   Sfera.az xarici mediaya istinadən xəbər verir ki...

İsveçin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırıldı

İsveçin müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. ...

İkili diplomu olan tələbələrin sayı açıqlandı

2024-2025-ci tədris ilində beynəlxalq ikili diplom proqramları üzrə təhsil hüququ qazanan və məzun olan şəxslərin sayı açıqlanıb.    Sfera.az xə...