ANAMA-dan Xızıdakı partlayışla bağlı məlumat
Cəmiyyət
21:05 / 15.04.2023
5578
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Xızı rayonu ərazisində partlayış hadisəsi ilə bağlı məlumat yayıb.
ANAMA-nın Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, partlayış hərbi sursata müdaxilə nəticəsində baş verib.
Qeyd edək ki, hadisə nəticəsində 2 nəfər mülki şəxs həlak olub, 1 nəfər xəsarət alıb.