Əməkdar artistin həyat yoldaşı vəfat etdi - FOTO
Cəmiyyət
19:22 / 15.04.2023
7396
Xəbər verdiyimiz kimi, Əməkdar artist Bəsdi Sevdiyevanın həyat yoldaşı Oqtay Axundov Türkiyədə dünyasını dəyişib.
Sfera.az xəbər verir ki, xanəndə "Elgizlə izlə" verilişinə telefonla bağlanaraq həyat yoldaşının xəstəliyindən danışıb.
"Moskvaya, Türkiyəyə apardıq. Qızım, oğlum hər şey etdik. Dedik, bəlkə sağala bilər. Amma çarəsiz oldu".
Qeyd edək ki, uzun müddətdir Türkiyədə müalicə alan mərhumun nəşi sabah Bakıya gətiriləcək. Oqtay Axundov filologiya elmlər doktoru Nazim Axundovun oğlu olub.