Makronun bu sözləri Qərbi QƏZƏBLƏNDİRİB: Narazılıq yaradan məqamlar...

Makronun bu sözləri Qərbi QƏZƏBLƏNDİRİB: Narazılıq yaradan məqamlar...

Fransa prezidenti Emmanuel Makronun ötən həftələrdə baş tutmuş Çin səfəri Qərbdə narazılıq yaradıb.

 

Sfera.az “New York Times”a istinadən bildirir ki, buna səbəb görüşlər nəticəsində qəbul edilən Çin-Fransa birgə bəyannaməsi olub. 

 

“Xüsusilə "Çin ilə qlobal strateji tərəfdaşlıq" haqqında ifadələr, “blok və soyuq müharibə düşüncəsindən azad olan çoxqütblü dünya” sözləri və ABŞ dolları ilə bağlı fikirlər Qərb dünyasını çaşdırıb”, deyə məqalədə qeyd edilib.  Məlumata görə, ən çox narazılıq yaradan məqam isə Fransa liderinin sözləri olub. Belə ki, jurnalistlərlə söhbətində o, Fransanın Tayvan məsələsi də daxil olmaqla, ABŞ-nin xəttini izləməli olmadığını söyləyib. Makronun fikrincə, Avropa özünü  ona aid olmayan böhranların ortasında tapa bilər və bu da onun “öz strateji muxtariyyətini” yaratmasına mane olacaq.

 

Fransa lideri həmçinin deyib ki, əgər Avropa vaxtında öz “muxtariyyətini” formalaşdırmasa, Vaşinqtonla Pekin arasında gərginliyin daha da artacağı təqdirdə, ABŞ-ın “vassalı”na çevrilə bilər.

 

Sözügedən fikirlərə isə ən sərt reaksiya ABŞ-dən gəlib. “Vaşinqtonun Kiyevə ən mühüm hərbi dəstək verdiyi bir vaxtda Avropa muxtariyyətindən danışmaq təxribat xarakteri daşıyır”, deyə “New York Times” vurğulayıb. Bayden administrasiyası bu mövzuya münasibət bildirməkdən çəkinsə də, ABŞ senatorları öz fikirlərini bölüşüblər.  Florida senatoru Marko Rubio Avropanın qalan hissəsinin Makronla həmrəy olub-olmadığını aydınlaşdırmağı təklif edib. Polşanın baş naziri Mateuş Moravetski də Fransa prezidentinin açıqlamalarına reaksiya verib.

 

“Birləşmiş Ştatlarla müttəfiqlik təhlükəsizliyimizin qeyd-şərtsiz əsasıdır”, deyə o söyləyib.

 

Oxşar mövqeyi Çexiyanın xarici işlər naziri Yan Lipavski də ifadə edib. “Avropa və ABŞ arasında güclü transatlantik əlaqələr təhlükəsizliyimizin əsasını təşkil edir. Avropa öz təhlükəsizliyinə daha çox sərmayə qoymalıdır. Lakin bu, ABŞ-la əməkdaşlığa zidd deyil”, - deyə “Reuters” nazirin sözlərindən sitat gətirib. Makrona yaxın rəsmilərdən biri  “Prezidentin çıxışlarının mahiyyəti düzgün olsa da, yanlış zamanda, yanlış yerdə söylənilib”, deyib.

 

Avropa Şurasının rəhbəri Şarl Mişel Fransanın “La Faute a l'Europe”  telekanalında mövzu ilə bağlı fikirlərini bölüşüb. O, bəzi Avropa İttifaqı liderlərinin Makronu dəstəklədiyini deyib. Buna baxmayaraq, Mişel hansı Avropa dövlətlərinin Fransa lideri ilə həmrəy olduğunu açıqlamayıb.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət etdi

20 sentyabr - Neftçilər Günü peşə bayramı münasibətilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf və şirkətin kollektivi Ulu Öndər Heydər...

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...