“Bayden Britaniya xalqının dostu deyil” – İngiltərəli ekspert
“Co Bayden Britaniyanı ciddi şəkildə təhqir edib”.
Sfera.az “The Telegraph”a istinadən bildirir ki, bunu ingilis siyasi ekspert Nil Qardiner deyib. O, Baydenin "Xeyirli Cümə Sazişi"nin (Good Friday Agreement) 25-ci ildönümünü qeyd etmək üçün İrlandiyaya etdiyi səfərə istinad edib:
“Baydenin İrlandiyanı Böyük Britaniyadan üstün tutması Kral III Çarlzın tacqoyma mərasimində iştirak etməmək qərarı kimi sürpriz olmadı. ABŞ prezidenti əvvəlki həmkarları Barak Obama kimi, Böyük Britaniyaya və xüsusi münasibətlərə hörmətsizlikdən başqa bir şey nümayiş etdirmədi. O, prezidentlik vəzifəsinə 2021-ci ildə Uinston Çörçillin büstünü Oval Ofisdən götürməklə başladı. Yakob Epstin tərəfindən hazırlanan heykəl 11 sentyabr terror hücumlarından sonra o vaxtkı Baş nazir Toni Blair tərəfindən Amerika xalqına verilmişdi. Heykəl Corc Buşun dövründə şərəfli bir yerə sahib idi, lakin 2009-cu ildə vəzifəyə gələndə Obama da oxşar addımı ataraq onu götürmək qərarı verdi. Donald Trump 2017-ci ildə prezidentlik vəzifəsini icra edərkən heykəl əvvəlki yerinə qaytarılsa da, Bayden əks addımı atmağı doğru bildi. Baydenin Çörçilə və onun xatirələrinə qarşı təhqiri vəzifəsinin istiqaməti bildi. Onun Amerikanın ən yaxın dostu və müttəfiqi olan Britaniyaya münasibəti istehzalı, təkəbbürlü və hörmətsiz olub. Bayden üçün Britaniya Monarxiyası qeyd olunacaq və ya hörmət ediləcək bir şey deyil. Onun nəzərində bu, anaxronizmdir, imperiyanın köhnəlmiş qalığıdır”.
Müəllif həmçinin qeyd edib ki, Bayden o zaman tacqoyma mərasimində iştirak etməməklə kral ailəsini də aşağılayıb: “Baydenin Britaniyaya münasibətini formalaşdıran digər amil onun “Brexit”ə qarşı güclü düşmənçiliyi və Avropa İttifaqına pərəstişkarlığıdır. O, getdikcə Atlantik okeanının hər iki tərəfində boşboğaz prezident kimi təsvir olunur. Bu dəqiq qiymətləndirmədir. Bununla belə, Bayden Böyük Britaniyaya münasibətdə nə etdiyini dəqiq bilir. Nəticədə, ABŞ prezidenti Co Bayden Britaniya xalqının dostu deyil”.
Türkan