Şoyqu çinli həmkarı ilə görüşəcək - Masada nələr var?

Şoyqu çinli həmkarı ilə görüşəcək - Masada nələr var?

Çinin müdafiə naziri Li Şanfu aprelin 16-da Rusiyaya səfər edəcək. Aprelin 19-dək davam edəcək səfərdə Li Şanfu bir sıra rəsmi şəxslərlə, o cümlədən həmkarı Sergey Şoyqu ilə görüşəcək.

 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov deyib ki, Çin və Rusiya müdafiə nazirləri görüş zamanı Ukraynadakı durumu müzakirə edəcəklər:

 

“Bundan başqa, onların təhlükəsizlik və müdafiə sahəsindəki əməkdaşlığın gücləndirilməsinə dair fikir mübadiləsi aparmaları mümkündür. Qərb son vaxtlar hər iki dövlətə təzyiq göstərir. Belə bir vaxtda ümumi təhlükəyə qarşı səyləri birləşdirmək ən optimal yoldur. Nazirlər  həmçinin, nüvə silahının tətbiqi və nüvə təhlükəsizliyi barədə danışa bilərlər. Rusiyalı rəsmilər, o cümlədən Prezident Vladimir Putin dəfələrlə bildirib ki, rəsmi Moskva öz təhlükəsizliyi naminə nüvə silahından istifadə edir. Amma Kremlin bu məsələdə tərəddüdlü olduğu aşkardır”.

 

Müsahibimiz qeyd edib ki, nüvə silahının tətbiqi Pekinin maraqlarına uyğun deyil:

 

“Bu mənada tərəflərin bu barədə də danışması istisna deyil.  Çox güman, nazirlərin müzakirə etdiyi bir çox məsələ ictimaiyyətə açıqlanmayacaq. Gələcəkdə Çinlə Rusiya arasında hərbi əməkdaşlığın daha da güclənməsi mümkündür. Sözsüz ki, Qərblə hər iki dövlət arasında gərginliyin artması ilə müşayət olunacaq”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...