Rusiya Sakit Okean Donanması "müharibə üçün yüksək hazırlıq" vəziyyətinə keçdi

Rusiya Sakit Okean Donanması

Rusiya Sakit Okean Donanmasını "müharibə üçün yüksək hazırlıq" vəziyyətinə gətirib.


Sfera.az bildirir ki, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlik rəsmiləri və komandirlərlə keçirdiyi görüşdə açıqlayıb. 


O, Sakit Okean Donanmasının müdafiə qabiliyyətinin artırılması məqsədilə qəfil yoxlamaya başlanıldığını və donanmanın döyüşə yüksək hazırlıq vəziyyətinə gətirildiyini bildirib:

 

“Bu gün saat 09:00-a (Vladivostok vaxtı ilə) olan məlumata görə, Sakit Okean Donanması bütün qüvvələri ilə döyüşə yüksək hazırlıq vəziyyətinə gətirilib. Bu yoxlamanın əsas məqsədi Rusiya Silahlı Qüvvələrinin okean və dəniz istiqamətindən mümkün düşmən hücumunu dəf etmək imkanlarını artırmaqdır".

 

Təlimin Yaponiya ilə münaqişənin olduğu Kuril və Saxalin adalarında keçiriləcəyini bildirən Şoyqu “Bu yolla düşmənin Kuril və Saxalin adalarına qarşı mümkün hücumları dəf ediləcək”, - deyib.


Rusiya Müdafiə Nazirliyi Sakit Okean Donanmasını qəfildən müharibəyə yüksək hazırlıq vəziyyətinə saldıqdan sonra Kreml də məsələ ilə bağlı açıqlama yayıb. Kremlin sözçüsü Dmitri Peskov bunun adi bir sınaq olduğunu və Rusiya Silahlı Qüvvələrinin müharibəyə hazır olması üçün bu istiqamətdə tətbiqatların aparıldığını bildirib.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan neftçilərə qızıl kimi TƏKLİF

20 Sentyabr Neftçilər Günü münasibətilə ölkənin birinci bankı Kapital Bank neftçilərə bu il də xüsusi fürsət təqdim edir. Belə ki, neftçilər 10.9%-dən başlayan ...

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...