Türkiyə Bayraktar pilotsuz təyyarələri üçün yeni Kemankes raketini təqdim etməyə hazırdır - VİDEO

Türkiyə Bayraktar pilotsuz təyyarələri üçün yeni Kemankes raketini təqdim etməyə hazırdır - VİDEO

Səlcuq Bayraktar “Kemankes” yüngül qanadlı raketinin yeni nəslin ağıllı silahı olduğunu bildirib.


Sfera.az bildirir ki, Səlcuq Bayraktar “Baykar”ın İstanbulda keçiriləcək “Teknofest” sərgisində yeni nəsil Bayraktar TB3 İHA-nın təchiz edilməsi üçün nəzərdə tutulmuş “Kemankes” miniatür qanadlı raketini təqdim etmək niyyətində olduğunu açıqlayıb.
 

Bayraktar: "Kemankes yüngül qanadlı raket adlandırdığımız sistemi təqdim edəcəyik. Bu, TB3-dən atılacaq bir neçə yüz kilometr mənzilli çox yüngül qanadlı raketdir" - deyə bildirib.
 

Onun sözlərinə görə, Türkiyə pilotsuz təyyarələri üçün nəzərdə tutulan yeni raket yeni nəslin ağıllı silahıdır. “Baykar” rəhbəri onu da qeyd edib ki, yeni dron müxtəlif növ silahlarla, o cümlədən sonar şamandıraları və yüngül torpedalar ilə təchiz olunacaq.


Qeyd edək ki, “Teknofest” aviasiya və kosmik texnologiyalar sahəsində ən son yenilikləri nümayiş etdirən Türkiyənin ən böyük festivalıdır. 2023-cü ildə 27 aprel - 1 may tarixlərində İstanbulda keçiriləcək. Qarşıdan gələn tədbirdə “Baykar” Türkiyə Hərbi Dəniz Qüvvələri tərəfindən yeno istifadəyə verilmiş çoxfunksiyalı TCG Anadolu da daxil olmaqla, təyyarə gəmiləri və amfibiya hücum gəmilərinə enmə qabiliyyətinə malik ən son Bayraktar TB3 zərbə PUA-nı nümayiş etdirəcək.


Bundan əvvəl Türkiyənin ən böyük hərbi gəmisi olan “TCG Anadolu”nun yeni dronlar üçün təyyarədaşıyıcını suya buraxdığı bildirilirdi. Gəminin tipik desant gəmisi konfiqurasiyası var və onun göyərtəsi müxtəlif növ döyüş pilotsuz təyyarələri yerləşdirməyə imkan verir.
 

Qeyd edək ki, Türkiyənin “ASELSAN” şirkəti də hava hədəflərinə qarşı mübarizə aparmaq üçün yeni Nokta raket və silah sistemi hazırlayır. Sistem nöqtəli hava hücumundan müdafiəni təmin etmək üçün nəzərdə tutulub və 40 km-ə qədər məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malikdir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Azərbaycan neft və qazdan nə qədər qazanıb? - RƏQƏMLƏR

Bu gün “Əsrin müqaviləsi”nin bağlanmasından 30 il keçir. “Əsrin müqaviləsi” Azərbaycan üçün böyük imkanlar yaradıb. Bu imkanlar arasında...

Ukraynada bu şəxslərə teleqramdan istifadə qadağan edildi

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası hərbçi və dövlət qulluqçularına xidməti cihazlarda teleqram mesencerindən istifadəni qadağan edib.   ...

Sabah leysan yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 21-də Bakıda və rayonlarda yağış yağacağı gözlənilir.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. &nbs...

Xanımların DİQQƏTİNƏ - Bu kosmetoloqların qurbanı ola bilərsiniz!

Qadınların gözəllik üçün etdirdiyi kosmetoloji prosedurlarla yanaşı, kosmetoloqların da sayında artım müşahidə edilir. Lakin onların əksəriyyətinin bu sahə...

Universitetlərin keyfiyyət göstəricisi necə müəyyənləşdirilir? - Təhsil eksperti aydınlıq gətirdi

Bildiyimiz kimi, ölkəmizdəki ali təhsil müəssisələrinin hər birində keçid balları müxtəlifdir. Xüsusən də, prestijli universitetlərə qəbul balları digərlərinə n...

Səfir: “Əsrin müqaviləsi”nin ABŞ-Azərbaycan münasibətlərində xüsusi yeri var

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libby “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar qəbul təşkil edib.   Sfera.az s...