Mənzil almaq imkanı - Aylıq 268 AZN ödəməklə

Mənzil almaq imkanı - Aylıq 268 AZN ödəməklə

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Abşeron rayonunda daha 81 tam təmirli mənzil əlavə edilib.

 

Sfera.az xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

 

Bildirilir ki, o cümlədən Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə 27 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 363 manatdan başlayır.

 

Abşeron rayonu, Bakı-Sumqayıt şossesinin 17-ci km-də yerləşən kompleksdə isə 12 və 3 otaqlı olmaqla 54 mənzil təklif olunur. Yaşayış sahələrinin aylıq ödənişi 268 manatdan başlayır.

 

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən vətəndaşların seçimi üçün aprelin 27-dən açıq olacaq. Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

 

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3 324 vətəndaşla kirayə müqaviləsi bağlanılıb.

 

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...

Günvurma bu şəxslər üçün risklidir - AÇIQLAMA

Yay aylarının ən çox rast gəlinən sağlamlıq problemlərindən biri günvurmadır. Bu zaman bədənin istilik tənzimi pozulur, daxili orqanlarda zədələnmələr baş verə ...

Qarpızdan 16 nəfər zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.  ...

"Azərbaycanın baş prokuroru ilə əlaqədəyik" - Peskov

İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin Azərbaycanın baş prokuroru ilə əlaqədədir, tərəflər Yekaterinburq və Bakıda baş vermiş rezonans hadisələrin araşd...

Sabah 33 dərəcə isti olacaq – PROQNOZ

İyulun 3-də gözlənilən hava şəraiti açıqlanıb.   Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarıma...

Rusiyada güclü zəlzələ baş verdi

Petropavlovsk-Kamçatski yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. ...