Donald Trampın ifadə vermə müddəti 8 saat çəkib
17:00 / 14.04.2023
7769
ABŞ-nin keçmiş prezidenti Donald Tramp ifadə vermək üçün Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin ofisində təxminən 8 saat qalıb.
Sfera.az xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, keçmiş prezident ofisə səhər saat 9:30-da gəlib və avtomobili ərazidən axşam saat 18:00-dan az sonra çıxıb.
Qeyd edək ki, Nyu-Yorkun baş prokuroru Letitia Ceyms Donald Trampa, onun övladlarına və onların bağlı şirkətlərinə qarşı saxtakarlıq və təhrif iddiası ilə 250 milyon dollarlıq iddia qaldırıb.
Daha sonra Tramp bu ifadəni “ABŞ-nin 45-ci prezidentinə qarşı növbəti ədalətsiz təqib” adlandırıb.
İnci